Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-238/2025 11.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış “borcun qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli kredit müqaviləsi üzrə 12347.72 manat əsas borc, 1295.73 manat faiz borcu, cəmi 13643.45 manat kredit borcunun və ödənilmiş 131.33 manat dövlət rüsumunu alınıb iddiaçı banka verilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi ərizə verərək 10384.62 manat əsas borc, 288.10 manat faiz borcu olmaqla cəmi 10672.72 manat borcun və 131.33 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18.5% dərəcəsi ilə 15500 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12347.72 manat məbləğində əsas borc və 1295.73 manat faiz borcu olmaqla, ümumilikdə 13643.45 manat məbləğində kredit borcu yaranmışdır. xx.xx.2025-ci il tarixinə cavabdehin 10384.62 manat əsas, 288.1 manat faiz borcu olmaqla, cəmi 10672.72 manat borcu mövcuddur. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli kredit müqaviləsi üzrə 10384.62 manat əsas borc, 288.1 manat faiz borcu, cəmi 10672.72 manat kredit borcunun və ödənilmiş 131.33 manat dövlət rüsumunu alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. İş materialları: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 18.5% faiz olmaqla, 48 ay müddətinə 15500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC–yə aid xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh iddiaçı bankın Mingəçevir filialından 15500 manat məbləğində kredit götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli istehlak kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 459.14 manat olmaqla, sonuncu ay 459.34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli kredit müqaviləsi üzrə 10384.62 manat əsas borc və 288.10 manat faiz borcu olmaqla, cəmi 10672.72 manat kredit borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə 12347.72 manat əsas, 1137.80 manat faiz borcu olmaqla, cəmi 13485.52 manat borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddiaçı bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün 131.33 manat dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı : İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 600808- 159294/5 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə illik 18.5 faiz hesablanması şərti ilə, 48 ay müddətinə 15500 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin 10384.62 manat əsas borc və 288.10 manat faiz borcu olmaqla, cəmi 10672.72 manat məbləğində kredit borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (həmin vaxt qüvvədə olan): 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, bank ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. İş materiallarına (müqavilə, ödəniş qrafiki) əsasən müəyyən olunur ki, iddiaçı bank tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə 48 ay müddətinə, illik 18.5 % dərəcəsi ilə ödəmək şərtilə 15500 manat məbləğində kredit verilmiş və cavabdeh tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. Lakin işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli kredit müqaviləsi üzrə 10384.62 manat əsas borc, 288.10 manat faiz borcu olmaqla, cəmi 10672.72 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 131.33 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 600808-159294/5 nömrəli müqavilə üzrə 10384.62 (on min üç yüz səksən dörd manat altmış iki qəpik) manat əsas, 288.10 (iki yüz səksən səkkiz manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 10672.72 (on min altı yüz yetmiş iki manat yetmiş iki qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 131.33 (bir yüz otuz bir manat otuz üç qəpik) manat pulu alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-238/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-238/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver