Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2422/2024 25.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC-nin ləğvedicisi ƏSF cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli MF-FEX/36 №-li kredit müqaviləsi üzrə cəmi 756,47 manat, bundan 751,33 manat əsas, 2,14 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% (beş) faizlə hesablanmış 3 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Anar Cabbarov məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehlər bank qarşısında olan kredit öhdəliklərini tam olaraq yerinə yetirdiyinə görə, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı İddiaçı ASC-nin ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin ləğvedicisi ƏSF –na geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2422/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2422/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver