Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2441/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada LPO İddiaçı ASC-nin xeyrinə 1139.88 manat əsas, 55.61 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 1.20 manat faiz borcu, cəmi 1196.69 manat pulun və iş üzrə ödənilmiş 31.96 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FEX/71 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2019-cu il tarixli, MF-FEX/71 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1160 manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1486 nömrəli məktubun və xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, kredit alan X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, onun vərəsələri anası – Cavabdeh5, arvadı – Cavabdeh1, qızı – Cavabdeh4, oğlu – Cavabdeh2 və digər oğlu – Cavabdeh3dur və vərəsələrin hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Miras əmlak isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ ilə X4 məxsus olan hissəsindən ibarətdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024cü il tarixli 12-5/2-Ş-41-490/2024 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehlərin xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 1.196,69 (bir min bir yüz doxsan altı manat 69 qəpik) manat təşkil edir ki, bu borcun da 1.139,88 (bir min bir yüz otuz doqquz manat 88 qəpik) manatı əsas, 55,61 (əlli beş manat 61 qəpik) manatı faiz, 1,20 (bir manat 20 qəpik) manatı isə AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün əsas borca illik 5 (beş) faizlə hesablanmış faiz borcu təşkil edir. İş materialları : X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FEX/71 nömrəli kredit müqaviləsinə əsasən X4 xx.xx.2019-cu il tarixli, MF-FEX/71 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1160 manat məbləğində kredit verilmişdir. AZ-İİ seriyalı 223196 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 360 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 1486 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş məlumata əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair Mingəçevir Regional “Asan xidmət” Mərkəzində notariat ofisində xx.xx.2020-ci il tarixdə V-305/2024 saylı vərəsəlik işi açılmış və xx.xx.2024-cü il tarixdə mərhumun vərəsələri- Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 2V-186 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli, 12-5/2-Ş-41-490/2024 saylı bank tərəfindən Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş bildirişlərin surətlərindən görünür ki, onlar, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikləri üçün borcun olması və 5 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli, **********17 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 31.96 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən məhkəmə tərəfindən edilmiş halı : İddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FEX/71 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum X4 həmin kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1160 manat məbləğində kredit verilmişdir. X5 isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və hazırkı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 isə X3 vərəsəsi olmasına və ondan qalmış mirası qəbul etməsinə baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə görə cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticə İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği cavabdeh X4 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini kreditora ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsinə əsasən kreditora 1139.88 manat əsas, 55.61 manat faiz borcu, və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 1.20 manat faiz borcu olmaqla, cəmi 1196.69 manat borcu yaranmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və hazırkı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 isə X3 vərəsələri olmasına və ondan qalmış mirası qəbul etməsinə baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 1139.88 manat əsas, 55.61 manat faiz borcu və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 1.20 manat faiz borcu olmaqla, cəmi 1196.69 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 31.96 manat pul tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1139.88 (bir min bir yüz otuz doqquz manat səksən səkkiz qəpik) manat əsas, 55.61 (əlli beş manat altmış bir qəpik) manat faiz borcu və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 1.20 (bir manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 1196.69 (bir min bir yüz doxsan altı manat altmış doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 31.96 (otuz bir manat doxsan altı qəpik) manat pul tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindıə yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-2441/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2441/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver