Məhkəmə qərarları › İş №e-2(051)-2445/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2445/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2445/2024 18.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kreditin borcunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 3202.59 manat, faiz borcu üzrə 424.32 manat, və 0.01 manat cərimə borcu olmaqla, cəmi 3626.92 manat borcun tutulması, ödənilmiş 56.27 manat dövlət rüsumunun və 0.40 bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Cavabdeh arasında bağlanmış BPM**********84 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 18.9 faiz dərəcəsi ilə 48 ay müddətinə 4100 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Yuxarıda adı çəkilən BPM**********84 saylı, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc 3202.59 manat, faiz borcu üzrə 424.32 manat, və 0.01 manat cərimə borcu olmaqla, cəmi 3626.92 manat kredit borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********84 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 18.9 faizlə 48 ay müddətinə 4100 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh BPM**********84 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 3202.59 manat, faiz borcu üzrə 424.32 manat, və 0.01 manat cərimə borcu olmaqla, cəmi 3626.92 manat borcu vardır. İşin məhkəmə tərəfindən müəyyən edilən: Tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh kredit verməyi, cavabdeh isə banka müqavilə üzrə ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyini yerinə yetirmişdir, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.( 31 mart 2023cü ilə qədər qüvvədə olan) Məhkəmənin iş üzrə gəldiyi nəticə: Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh əsas borc üzrə 3202.59 manat, faiz borcu üzrə 424.32 manat, və 0.01 manat cərimə borcu olmaqla, cəmi 3626.92 manat borc, ödənilmiş 56.27 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BPM**********84 saylı, xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə Cavabdeh əsas borc üzrə 3202.59 (üç min iki yüz iki manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 424.32 (dörd yüz iyirmi dörd manat otuz iki qəpik) manat, və 0.01 (bir) qəpik cərimə borcu olmaqla, cəmi 3626.92 ( üç min altı yüz iyirmi altı manat doxsan iki qəpik) manat borc, ödənilmiş 56.27 (əlli altı manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar