Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2532/2025 10.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC "xxxx" Bankı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 15 617.65 (on beş min altı yüz on yeddi manat altmış beş qəpik) manat vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 516.66 (beş yüz on altı manat altmış altı qəpik) manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 115.05 (yüz on beş manat beş qəpik) manat məbləğində penya, cəmi 16 249.36 (on altı min iki yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, 138.75 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı dəyişiklik (düzəliş) edilməsi haqqında əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 15 617.65 (on beş min altı yüz on yeddi manat altmış beş qəpik) manat vaxtı keçmiş əsas borcu, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 516.66 (beş yüz on altı manat altmış altı qəpik) manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 115.05 (yüz on beş manat beş qəpik) manat məbləğində penya, cəmi 16 249.36 (on altı min iki yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (birgə Borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borcalanlara 48 ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8-ci bəndlərinə əsasən Borcalanlar Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, bundan əlavə kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdələrinə götürmüşdürlər. Lakin Borcalanlar kredit müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşlar və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamışlar və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişlər. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi tarixə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı qarşısında gecikdirilmiş borcu 16 249.36 manat təşkil edir ki, bunun da 15 617.65 manat vaxtı keçmiş əsas borcdan, 516.66 manat hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, cavabdehlər kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, bu məbləğ 115.05 manat təşkil edir. Cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Bununla əlaqədar, cavabdehlərlə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli, MGR-XO-xx.xx.2024-001 xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Hesab edir ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Borc alandan iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı ilə Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (birgə Borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı Borcalana 48 ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 20 000 (iyirmi min) manat məbləğində kredit verməyi, Borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün (digər istehlak məqsədləri üçün) istifadə etməyi, onunla birgə məsuliyyət daşıyan digər Borcalan(lar)la birlikdə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları əlavə edilmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə 16,341.53 manat məbləğində ümumi borcun yarandığı, bunun 317.27 (üç yüz on yeddi manat iyirmi yeddi qəpik) manatını hesablanmış faizlər üzrə borc məbləği təşkil etdiyi xatırladılaraq, onlardan kredit üzrə yaranmış borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə borcu 15 617.65 manat vaxtı keçmiş borc, 516.66 manat hesablanmış adi faiz borcu, 115.05 manat cərimə faizləri üzrə borc olmaqla, cəmi 16 249.36 manat təşkil edir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (birgə Borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit (borc) müqaviləsinə əsasən iddiaçı Borcalana 48 ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 20 000 (iyirmi min) manat məbləğində kredit verməyi, Borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün (digər istehlak məqsədləri üçün) istifadə etməyi, onunla birgə məsuliyyət daşıyan digər Borcalan(lar)la birlikdə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehlərin iddiaçıya müştərək qaydada borcu yaranmışdır. İddiaçı tərəf cavabdehlərə xəbərdarlıq məktubu göndərərək borcun ödənilməsini tələb etmiş, lakin ödəniş edilmədiyinə görə iddiaçı tərəf məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (birgə Borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Borcalana 48 ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 20 000 (iyirmi min) manat məbləğində kredit verməyi, Borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün (digər istehlak məqsədləri üçün) istifadə etməyi, onunla birgə məsuliyyət daşıyan digər Borcalan(lar)la birlikdə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə dair cavabdeh tərəfə xəbərdarlıq göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehlərə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 15617.65 manat əsas, 317.27 manat faiz, 115.05 manat cərimə olmaqla, cəmi 16049.97 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfin xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərə ünvanlanmış xəbərdarlıqda qeyd edilmiş məbləğdə, yəni 317.27 manat məbləğində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmədiyinə görə işə verilmiş iddia tələbi həddində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla yanaşı, məhkəmə tələbin xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırı ki, ilk növbədə tələbin qeyr-müəyyəndir. Belə ki, əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehlərdən tutulması zamanı alınmalı olan məbləğ konkret müəyyən olunmadığından, yalnız mücərrəd qaydada hesablama metodu ilə qətnamənin nəticə hissəsində həmin halın göstərilməsi məhkəmə qətnaməsində qeyri-müəyyənliyin yaranmasına səbəb ola bilər. Bu hal isə Mülki Prosessual qanunvericiliyin məhkəmə qətnaməsinə aid tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Bununla yanaşı, məhkəmə, həmçinin nəzərə alır ki, tələbin qeyr-müəyyən olmasından əlavə, həm də tərəflər arasında artıq müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri mövcud olmadığına görə iddiaçı müqavilədə qeyd olunan faiz və cəriməni tələb etməkdə haqlı olmamışdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi iddiaçı tərəfin xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq göndərməsi anından birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilmişdir. Belə olan halda iddiaçı yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də iddiaçı tərəfin ləğv edilmiş müqaviləyə istinad edərək, xx.xx.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanı tələb etməsi əsaslı deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 15617.65 manat əsas, 317.27 manat faiz, 115.05 manat cərimə olmaqla, cəmi 16049.97 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun 138.15 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2023-cü il tarixli DKM/003N05A02463523 nömrəli kredit (borc) müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15617.65 (on beş min altı yüz on yeddi manat altmış beş qəpik) manat əsas, 317.27 (üç yüz on yeddi manat iyirmi yeddi qəpik) manat faiz, 115.05 (yüz on beş manat beş qəpik) manat cərimə olmaqla, cəmi 16049.97 (on altı min qırx doqquz manat, doxsan yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı ASC "xxxx" Bankına verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 138.15 (bir yüz otuz səkkiz manat, on beş qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçı ASC "xxxx" Bankına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2532/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2532/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver