Məhkəmə qərarları › İş №e-2(051)-268/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-268/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-268/2024 25.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, 3650 manat sığorta ödənişi məbləğinin və 56,90 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Cavabdeh tərəfindən idarə olunan ** BC *** dövlət qeydiyyat nişanlı KAMAZ 5320 markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PL *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PL *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı"xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PL *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 3650,00 (üç min altı yüzəlli manat) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-ninxx.xx.2022-ci il tarixli“Sığorta aktı”na əsasən 3650,00 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi ahibkar X1 hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbarisığortası olmadığından xx.xx.2023-cü il tarixində 3650,00 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.. Ona görə də X2 3650,00 manat sığorta ödənişi məbləğinin və 56,90 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və cavabdeh X5 iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ekspert rəyinin nəzərə alınmadan qətnamə çıxarılmasını xahiş etmiş, X5 isə əvvəlki məhkəmə iclaslarında iddia məbləği ilə razı olmadığını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sığorta şəhadətnaməsindən görünür ki, “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PL *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3650 manat məbləğində sığorta ödənişinin 15 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən sığorta müqaviləsinə əsasən X7 dəymiş zərərə görə 3560 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan AR DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində yol nəqliyyat hadisəsi X5 tərəfindən törədilərək AR İXM-in 327.1-ci maddəsilə təqsirli hesab edilərək 40 azn cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində cavabdeh X3 idarə etdiyi ** BC *** dövlət qeydiyyat nişanlı KAMAZ 5320 markalı avtonəqliyyat vasitəsilə avtomobil idarə edərkən Mingəçevir şəhəri ərazisində yolnəqliyyat hadisəsi törətmiş və ** PL *** dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh X5 yol–nəqliyyat hadisə törətdiyinə görə İşdə olan AR DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən AR İXM-in 327.1-ci maddəsilə təqsirli hesab edilərək 40 azn cərimə olunmuşdur. Ondan sonra iddiaçı şirkət tərəfindən sığorta müqaviləsinə əsasən 3650,00 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür. Beləliklə iddiaçının 3650 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 3650 manat həddində qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının tələb hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 385.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımıncaicra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığortaüzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu haldahəyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Azərbaycan Respublikası MM–nin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 3650 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 56,90 (əlli altı manat 90 qəpik) manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh X2 3650 (üç min altı yüz əlli manat) məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh X5 ndan 56,90 (əlli altı manat 90 qəpik) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC -ə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar