Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2680/2024 17.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 194 manat borc məbləği, 19 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC-nin direktoru Nümayəndə ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi bağlanmışdır. Cavabdeh ilə "xxxx" MMC arasında 28 oktyabr 2019-cu il tarixli WTCN-005541 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 28 oktyabr 2019-cu il tarixli WTCN-005541 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmasına baxmayaraq, 28 oktyabr 2019-cu il tarixli WTCN-005541 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmışdır. İddiaçı tərəfindən "xxxx" MMC barədə hər hansı məlumat iddia ərizəsində göstərilməmiş, həmin hüquqi şəxs barədə hər hansı sənəd kiçik iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi "xxxx" MMC 28 oktyabr 2019-cu il tarixli WTCN-005541 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Belə olan halda həmin müqavilə üzrə onun tələb etmə hüququ da olmamışdır. Ona görə də "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsi üzrə tələb etmə hüququnu İddiaçı MMC keçməsi iş materiallarıilə təsdiq olunmur. AR MPM-in 284-3.2.3-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Göründüyü kimi iddiaçı tərəf "xxxx" MMC barədə hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edən sənədləri kiçik iddia ərizəsinə əlavə etməmişdir. AR MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə, həmçinin iddiaçının nəzərinə çatdırır ki, kiçik iddialara dair işlər tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, məhkəmə tərəfindən işin obyektiv həll edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsi kifayət qədər əsaslandırılmalı və iddia ərizəsində göstərilən tələbi təsdiq edən sənədlər əlavə edilməlidir. AR MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlərin əlavə edilməməsi əsası ilə kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin iddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina edildikdə iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2680/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2680/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver