Məhkəmə qərarları › İş №e-2(051)-273/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-273/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-273/2025 04.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 6645.66 manat əsas, 760.50 manat faiz və 151.64 manat cərimə borcu olmaqla, cəmi 7557 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 95.58 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh 48 ay müddətinə aylıq 1.9167% ödəmək şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamış, 1354.34 manat ödəniş etmiş və iddiaçıya 6645.66 manat məbləğində borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə vaxtı hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Cavabdeh kredit borcu və faiz borcunu banka qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 163 gün üçün hesablanmış faiz borcu 760.50 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu tərəfindən hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödənməli, xx.xx.2024-cü il tarixə 163 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 151.64 manat təşkil etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək bildirdi ki, maddi imkan olmadığından banka olan borc ödənilməmişdir. İddianın əsas borc məbləği tələbinə dair hissəsini qəbul edir və hesab edir ki, faiz borcu yüksək hesablanmışdır. İddianın faiz və cərimə tələbinə dair hissəsinin azaldılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 015A********** saylı ərizə-kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 23% olmaqla 8000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 258 manat, sonuncu ay 271.81 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə cavabdehin hesabına xx.xx.2023-cü il tarixdə 8000 manat mədaxil olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 6645.66 manat əsas, 760.50 manat faiz və 151.64 manat cərimə olmaqla, cəmi 7557.80 manat məbləğində borcun cavabdehdən ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-nə borcu 6645.66 manat əsas, 760.50 manat faiz və 151.64 manat cərimə olmaqla, cəmi 7557.80 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki,İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsi üçün 95.58 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Cavabdeh xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 48 ay müddətinə aylıq 1.9167% ödəmək şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh məxsus hesabdan çıxarışa əsasən kredit məbləğinin onun hesabına mədaxil olması öz təsdiqini tapmışdır. Hazırda bank Cavabdeh qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh xx.xx.2023-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 6645.66 manat məbləğində əsas, 760.50 manat məbləğində faiz, 151.64 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən ödənilmiş 95.58 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSCyə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 015A********** saylı müqavilə üzrə 6645.66 (altı min altı yüz qırx beş manat altmış altı qəpik) manat əsas, 760.50 (yeddi yüz altmış manat əlli qəpik) manat faiz və 151.64 (bir yüz əlli bir manat altmış dörd qəpik) manat cərimə olmaqla, cəmi 7557 (yeddi min beş yüz əlli yeddi manat) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 95.58 (doxsan beş manat əlli səkkiz qəpik) manat pul alınaraq İddiaçı QSC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar