Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-277/2024 27.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas kredit borcu üzrə 880 ABŞ dolları, faiz borcu üzrə 12.78 ABŞ dolları, cəmi 892.78 ABŞ dolları və 35.58 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10010nkMNG/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 12 (on iki) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz olmaqla 1900 (bir min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh X3 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. xx.xx.2015-ci il tarixdə X3 vəfat etmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin məlumatına əsasən borclunun vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir. Odur ki, mərhum N.Hüseynovanın vərəsələri - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada kredit borcu üzrə 880 ABŞ dolları, faiz borcu üzrə 12.78 ABŞ dolları, cəmi 892.78 ABŞ dolları və 35.58 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ifadəsində göstərdi ki, iddiaçı "xxxx" KB ASC-i cavabdehərə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə etiraz edərək bildirdi ki, cavabdehlərin anası N.Hüseynova xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Qeyd edilən kredit müqaviləsi mərhum N.Hüseynova ilə 1 il müddtinə bağlanmışdır. Müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixində olmuşdur. Müqavilənin bitməsi tarixindən 7 il artıq müddət keçmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC-in cavabdeh mərhum N.Hüseynovanın vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı xx.xx.2014-cü il tarixli 10010nkMNG/14 saylı kredit müqavailəsi üzrə 880 ABŞ dolları, faiz borcu üzrə 12.78 ABŞ dolları, cəmi 892.78 ABŞ dolları və 35.58 manat ödənilmiş dövlət rüsumun iddia tələbinin müddəti keçdiyinə görə rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin iştirak etdiyi məhkəmə iclası zamanı izahatlarını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10010nkMNG/14 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 12 ay müddətinə illik 27 faiz olmaqla 1900 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2014-cü il tarixli tərəflər arasında razılaşdırılmış ödəmə qrafikinə əsasən borclu X3 götürdüyü kredit üzrə hər ay müxtəlif məbləğlərdə olmaqla, xx.xx.2014-xx.xx.2015-ci il ərzində kreditin əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 2212.29 ABŞ dolları pul ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 banka olan əsas borcu 880 ABŞ dolları, faiz borcu 12.78 ABŞ dolları, cəmi borcu 892.78 ABŞ dolları manat təşkil edir. Kassa əməliyyatlarının aparılması proseduralarına əlavədən görünür ki, "xxxx" ASC tərəfindən 1900 ABŞ dolları X2 verilmişdir. Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 706667 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixli 128 nömrəli ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 35.58 manat ödəniş etmişdir. X5 xidmət mərkəzinin “Elektron notariat informasiya sistemi” tərərindən verlmiş çıxarışdan görünür ki,X1 qanun üzrə vərəsələri -Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 kimi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10010nkMNG/14 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Belə ki, mülki iş üzrə cavabdeh N.Hüseynova xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin məlumatına əsasən cavabdehin vərəsələri olduğu müəyyən edilmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı "xxxx" KB ASC cavabdeh X1 qanun ürə vərəsələr - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarında olan cavabdehlərin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onlar iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2015-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-277/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-277/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver