Məhkəmə qərarları › İş №e-2(051)-309/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-309/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-309/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməs tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəm iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-in nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciə edərək, 04.10.2021-ci il tarixinə yaranmış 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satq müqaviləsi üzrə, 1176 manat əsas, 176.40 manat cərimə, cəmi 1352.40 manat, 19.03.2021-ci il tarix ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 672 manat əsas, 100.80 manat cərimə, cəm 772.80 manat, 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 203.3 manat əsas, 30.40 manat cərimə, cəmi 233.70 manat, ümumilikdə üç müqavilə üzrə 2051.30 mana əsas, 307.60 manat cərimə, cəmi 2358.90 manat borcun və 43.60 manat ödənilmiş dövlət rüsumunu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 10 dekabr 2021-ci il tarixdə daxil olmuş və cavabdehə ərizənin dax olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarını təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibə bildirməmişdir. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunl əsaslandırmışdır ki, İRŞAD-ELECTRONİCS» MMC ilə Cavabdeh arasında bağlanmış 19.03.2021-ci tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” marka paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla cəmi 1176 mana 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaom markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 61 manat olmaqla cəmi 727 mana 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığ “Xiaomi” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla cəmi 203.3 manat, ümumilikdə üç müqavilə üzrə 2106.30 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabde müqavilələrin şərtlərini pozaraq, 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satq müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş etməmiş, 19.03.2021-ci il tarixli ********* saylı müddət (nisyə) alqı-satqı müqaviləsi üzrə 11.04.2021-ci il tarixində 55 manat ödəmiş və 19.03.2021-ci il tarix ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş etməmiş ü müqavilə üzrə cəmi qalıq qalmış 2051.30 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsin baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsini şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəli dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərim borcu hər üç müqavilə üzrə 3076 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir görə hesablanmı cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 3076 manat təşkil etdiyi halda, humanizm prinsipin əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfində cərimə məbləğinin 10%-i, yəni 307.60 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabde 04.10.2021-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə alqı-satqı müqaviləsi üzrə, 1176 manat əsas, 176.40 manat cərimə, cəmi 1352.40 manat, 19.03.2021-ci tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 672 manat əsas, 100.80 manat cərimə cəmi 772.80 manat, 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzr 203.30 manat əsas, 30.40 manat 233.70 manat, ümumilikdə üç müqavilə üzrə 2051.30 manat əsas 307.60 manat cərimə, cəmi 2358.90 manat borc təşkil etmişdir. Ona görə də məhkəmədən 04.10.2021 ci il tarixinə yaranmış 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1176 manat əsas, 176.40 manat cərimə, cəmi 1352.40 manat, 19.03.2021-ci il tarixli ********* say müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 672 manat əsas, 100.80 manat cərimə, cəmi 772.80 mana 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 203.30 manat əsas 30.40 manat cərimə, cəmi 233.70 manat, ümumilikdə üç müqavilə üzrə 2051.30 manat əsas, 307.6 manat cərimə, cəmi 2358.90 manat borcun və 43.60 manat ödənilmiş dövlət rüsumunun Cavabde tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh bildirişi rəsmi qaydada almış olduğu 10 (on) iş günü müddətində etirazını məhkəməy göndərməmişdir. Bununla belə məhkəmə MPM-in 285-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçü çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsini tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisy alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləridir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19.03.2021-ci tarixli, ********* saylı; 19.03.2021-ci il tarixli, ********* saylı; 19.03.2021-ci il tarixli, ********* saylı nisyə alqı satqı müqavilərinə əsasən, cavabdehə 2106.30 dəyərində məişət məhsulları nisyə satılmışdır və məhsu cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərin cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydad icra etməmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə işin hallarına qanunvericiliyin nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməs tələbinə dair müddəalarına, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən hüquq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikd nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməs əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya b Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyi əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdə sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərd tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsin uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onu hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılmas haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaş əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satq müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanı ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onu pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərd qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) baş düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə, Dəbbə pulu (cərimə, penya) müqavilə il müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunun hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunu ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçını məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 43.60 manat məbləğdə pul vəsaiti də borcluda kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki mi manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçi iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən v tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnam çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284, 357 v 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 04.10.2021-ci il tarixinə yaranmış 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə alqı-satqı müqaviləsi üzrə, 1176 manat əsas, 176.40 manat cərimə, cəmi 1352.40 manat, 19.03.2021-ci tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 672 manat əsas, 100.80 manat cərimə cəmi 772.80 manat, 19.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 203.30 manat əsas, 30.40 manat cərimə, cəmi 233.70 manat, ümumilikdə üç müqavilə üzrə 2051.3 manat əsas, 307.60 manat cərimə, cəmi 2358.90 manat borc alınaraq "xxxx" MMC-in hesabına verilsin İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 43.60 manat pul Cavabdeh tutulub "xxxx MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməs vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar