Məhkəmə qərarları › İş №e-2(051)-322/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-322/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-322/2024 21.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 6550 (altı min beş yüz əlli) manat pul vəsaiti, 120 (bir yüz iyirmi) manat hüquqi xidmət haqqı və 85.50 (səksən beş manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixdə X3 Xidmət Mərkəzinin notariat ofisində 3M-808 saylı nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə notarius bankda açılan depozit hesabı vasitəsilə xx.xx.2023-cü il tarixinədək geri qaytarılması şərti ilə 6550 manat məbləğdə pulu borc olaraq vermişdir.Lakin cavabdeh hazırda ondan borc aldığı cəmi 6635.50 manat məbləğdə borcu qaytarmaqdan imtina edir. O, dəfələrlə cavabdehdən borcunu qaytarmağını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Odur ki, iddia ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddia tələbini etiraf edir, İddiaçı cəmi 6550 manat məbləğində borc olaraq pul almışdır. Həmin borcu xx.xx.2024-cü il tarixində qaytara bilər. Bununla bağlı qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşidə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar 3M-808 saylı, xx.xx.2023-cü il tarixli İddiaçı Cavabdeh ilə arasında X3 Xidmət Mərkəzinin notariat ofisində bağlanmış kredit müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı Cavabdeh 6550 manat məbləğində pul borc verir. 3M-808 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinədək İddiaçı notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli 12-17 saylı orderdən görünür ki, Cavabdeh İddiaçı 6550 manat qəbul etmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. xx.xx.2023-cü il tarixli, “mpay” ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 120 manat “hüquqi xidmət haqqı” ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6500 manat məbləğində borc pul almış və xx.xx.2024-cü il tarixədək qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərəkiddiaçının cavabdehə 6550 manat pul verdiyini, cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, 6550 manat pul vəsaiti, 120 manat hüquqi xidmət haqqı Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 85.50 manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6550 (altı min beş yüz əlli) manat pul vəsaiti, 120 (bir yüz iyirmi) manat hüquqi xidmət haqqı və 85.50 (səksən beş manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar