Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-323/2024 24.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat və mediasiya üçün ödədiyi 50 manat məbləğinin tutularaq iddiaçı Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat aliment tutulub Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Cavabdeh hər ay cəmi 160 manat ödəsə də, uşaqlar böyümüş, xərcləri artmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, Cavabdeh onun oğludur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 80 manat, cəmi 160 manat aliment tutulub Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Qət edilən aliment məbləğini oğlu çətinliklə ödəyir. Oğlu Elşad xəstədir, İİ qrup əlildir və 320 manat məbləğində pensiya alır. Qeyd edilən alimenti həmin pensiyadan ödəyir. Maddi imkanı yoxdur ki, aliment məbləğinin daha da çox ödəsin. Ona görə də alimentin məbləğinin artırılmasına narazıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları
1. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-3985/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmişdir. Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa 80 manat, cəmi 160 manat aliment sabit məbləğində pul alınıb iddiaçı Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır.
3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır.
4. AZ-İ № 275097 saylı Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında rəsmiləşdirilmiş nikah xx.xx.2017-ci il tarixində №244 akt qeydi ilə pozulmuşdur. Nikah ləğv olunandan sonra qadına “Səmədova” soyadı verilmişdir.
5. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
6. Xəstənin ambulator, stansionar tibbi kartasından görünür ki, Səmədov X11 Müharibəsinin İİ qrup əlildir.
7. №0239 saylı vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin üzvüdür.
8. xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki: - Birinci tərəf (Cavabdeh oğlu ) xx.xx.2020-ci il tarixdə doğulan övladı X6 İki tərəf (X3) himayəsində qalmasına razıdır. - Birinci tərəf İkin tərəfin himayəsində olan övladı Səmədli sevinc Elşad qızının yetkinlik yaşına çatanadək 2023-cü ilin dekabr ayının 15-dən başlayaraq növbəti hər ayın 15-dək övladına 250 (iki yüz əlli) manat məbləğində aliment ödənək öhdəliyinizi öz üzərinə götürür. Birinci tərəf ödəyəcəyi aliment məbləğini İkinci tərəfin bankda aşdığı kart hesabına ödəyəcək. - Birinci tərəf ikinci tərəflə qarşılıqlı razılıq əsasında və övladının maraqları çərçivəsində onunla istənilən vaxt və istənilən qaydada görüşə biləcək. - Sazişin şərtləri pozulduğu halda tərəflər Məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Sonra Cavabdeh ilə Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı arasında rəsmiləşdirilmiş nikah Mingəçevir şəhər Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixində №244 akt qeydi ilə pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat aliment tutularaq Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızına verilməsi qət edilmişdir. Sonradan Səmədova (Süleymanlı) Pərişan Qorxmaz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşaqların saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit aliment tutulmasını xahiş edir, cavabdeh etiraz edir, bildirir ki, ikinci dərəcə əlilliyə görə pensiyası alır, ikinci dəfə ailə qurmuşdur, ikinci nikahından olan övladına da aliment ödəməsi barədə barışıq sazişi bağlamışdır. Bu iş üzrə aliment artırılarsa ödəyə bilməyəcəkdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14. bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir, həmçinin qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşaqların yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2017-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşağın mənafeyinə uyğun hesab edilə bilər. Eyni zamanda məhkəmə cavabdehin ikinci nikahından olan uşağın mənafeyini də nəzərə alır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaqlar üçün ödənilməli olan alimentin məbləği artırılaraq hər ay hər uşağa 140 manat, cəmi 280 manat miqdarında müəyyən edilməlidir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 140 manat, cəmi 280 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3985/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddiaçı 16 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva