Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-327/2023 06.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı «Exspressbank” ASC–nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Exspressbank” ASC məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Exspressbank” ASC–nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, «Exspressbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 600804-40519/9 №li kredit müqaviləsinə əsasən cavabdeh bankdan illik 25 faiz dərəcəsi ilə 48 ay müddətinə 6000 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinə görə Cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq kredit ödəniş qrafikinə riayət etməmişdir. Cavabdehin 5448.92 manat əsas borc, 725.61 manat faiz borcu olmaqla, cəmi 6174.53 manat kredit borcu yaranmışdır. Həmin borcun və ödənilmiş 82.15 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı «Exspressbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də, İddiaçı ASC-dən 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6000 manat məbləğində kredit almışdır. Lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. İşə əlavə edilmiş «Exspressbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 600804-40519/9 №li kredit müqaviləsindən görünür ki, «Exspressbank” ASC Cavabdeh illik 25 faiz dərəcəsi ilə 48 ay müddətinə 6000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli kassa-məxaric orderin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 6000 manat kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 5448.92 manat əsas borc, 725.61 manat faiz borcu olmaqla, cəmi 6174.53 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 5448.92 manat əsas borc, 725.61 manat faiz borcu olmaqla, cəmi 6174.53 manat kredit borcu alınıb «Exspressbank” ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 82.15 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ət e t d i : İddia təmin olunsun. Cavabdeh 5448.92 (beş min dörd yüz qırx səkkiz manat doxsan iki qəpik) manat əsas borc, 725.61 (yeddi yüz iyirmi beş manat altmış bir qəpik) manat faiz borcu olmaqla, cəmi 6174.53 (altı min bir yüz yetmiş dörd manat əlli üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 82.15 (səksən iki manat on beş qəpik) manat pul alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-327/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-327/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver