Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-35/2025 22.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** və 015R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məmmədli qızından müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 1841.59 manat məbləğində əsas, 17.43 manat məbləğində faiz, 015R********** saylı kredit razılaşması üzrə isə 256.58 manat məbləğində əsas, 3.54 manat faiz borcu olmaqla, ümumilikdə 2119.14 manat məbləğində borcun, ödənilmiş 41.20 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, Cavabdeh2 mülkiyyətində olan, xx.xx.2015-ci il tarixli 015L**********98 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən, 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzilin açıq hərracdan satılması, 2119.14 manat məbləğində borcun, ödənilmiş 41.20 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Məmmədli qızından ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzilinə Cavabdeh2 və Kamilli Bəxtiyar Asif oğlunun həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 015R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3741.99 manat məbləğində kredit götürmüşdür. Həmçinin Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 503.28 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 015R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixdən, 015R********** saylı kredit müqaviləsi üzrə isə xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 015R********** saylı kredit razılaşması üzrə götürdüyü kredit borcundan 1900.4 manat ödəniş etmiş və onun iddiaçıya 1841.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 566 gün üçün hesablanmış faiz borcu 17.43 manat təşkil edir. Cavabdeh2 015R********** saylı kredit razılaşması üzrə götürdüyü kredit borcundan 246.7 manat ödəniş etmiş və onun iddiaçıya 256.58 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 686 gün üçün hesablanmış faiz borcu 3.54 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 015R********** və 015R********** saylı kredit razılaşmaları üzrə 566 gün üçün hesablanmış cəriməsi yoxdur. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 015L**********98 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiq edilib) əsasında Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixində qeydiyyata alınmış ******* qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzil Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, ödənişlər etməsinə baxmayaraq, sonradan maddi vəziyyəti pisləşmiş, ona görə də ödəniş edə bilməmişdir. Bununla belə o, dəfələrlə iddiaçı bankla razılığa gəlməyə çalışmış, lakin iddiaçı təşkilat qalıq borcunu bir dəfəyə ödənilməsini tələb etmişdir. Onun isə imkanı olmamışdır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, onunla iddiaçı arasında xx.xx.2015-ci il tarixdə uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bununla belə o, hazırda da zamin kimi məsuliyyət daşısa da, cavabdeh öz borcunu təminatı kimi mənzilini ipoteka ilə yüklü etmişdir. Hesab edir ki, ipoteka qoyulmuş əmlak borcun ödənilməsi üçün yetərlidir. Ona görə də borcun ondan tutulmasına zərurət yoxdur. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sabit girov müqaviləsi əlavə edilmişdir. İşdə olan 10 saylı MİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzilində yaşayır. Cavabdeh2 və Kamilli Bəxtiyar Asif oğlu həmin mənzildə qeydiyyatdadırlar. İşdə olan Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında Cavabdeh2 60 ay müddətinə 3741.99 manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit müqaviləsi əsasında Cavabdeh2 60 ay müddətinə 503.28 manat məbləğində kredit götürmüşdür. İşdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh2 015R********** saylı kredit razılaşması üzrə xx.xx.2024–cü il tarixə iddiaçıya olan əsas kredit borcu 1841.59 manat, faiz borcu 17.43 manat olmaqla, cəmi borcu 1859.02 manat, 015R********** saylı kredit razılaşması üzrə xx.xx.2024–cü il tarixə iddiaçıya olan əsas kredit borcu 256.58 manat, faiz borcu 3.54 manat olmaqla, cəmi borcu 260,12 manat təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçıya olan borc cavabdehlərə xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı -Xidmət haqqının ödənilməsinə dair çıxarışdan görünür ki, 36 manat xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 10/4254-9/4489 nömrəli rəyindən görünür ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 0.09 ha torpaq sahəsində inşa edilmiş 17/2 nömrəli yaşayış binasının 3-cü girişinin, 1-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 28,73 kv.m olan 37 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 25140 manat məbləğində, likvid dəyərinin isə təqribən 22700 manat məbləğində təşkil etdiyi müəyyən edilir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında Cavabdeh2 60 ay müddətinə 3741.99 manat məbləğində kredit götürmüşdür. Həmçinin İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit müqaviləsi əsasında Cavabdeh2 60 ay müddətinə 503.28 manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımışdır. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqavilələri üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh2 015R********** saylı kredit razılaşması üzrə iddiaçıya 1841.59 manat əsas, 17.43 manat faiz borcu olmaqla, cəmi 1859.02 manat, 015R********** saylı kredit razılaşması üzrə 256.58 manat əsas, 3.54 manat faiz borcu olmaqla, cəmi 260,12 manat, ümumilikdə 2119.14 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlərdən müştərək qaydada kredit müqavilələri üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015L**********98 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında Cavabdeh2 60 ay müddətinə 3741.99 manat məbləğində, həmçinin iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 015R********** saylı kredit müqaviləsi əsasında Cavabdeh2 60 ay müddətinə 503.28 manat məbləğində kredit götürmüşdür. Digər Cavabdeh1 isə xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi əsasında uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öhdəlik götürmüşdür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçının cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 da birgə borclu kimi iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh2 015R********** saylı kredit razılaşması üzrə iddiaçıya əsas kredit borcu 1841.59 manat, faiz borcu 17.43 manat olmaqla, cəmi borcu 1859.02 manat, 015R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu 256.58 manat, faiz borcu 3.54 manat olmaqla, cəmi borcu 260,12 manat, ümumilikdə 2119.14 manat borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə 1841.59 manat əsas, 17.43 manat faiz borcu olmaqla, cəmi 1859.02 manat, xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə 256.58 manat əsas, 3.54 manat faiz borcu olmaqla, cəmi 260,12 manat, hər iki müqavilə üzrə ümumilikdə 2119.14 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı və xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmaları ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasını 90 təqvim günü və daha çox müddətə gecikdirdikdə, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərti baş verdikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş əmlak satıldıqdan sonra qeydiyyatda olanların və yaşayanların- Cavabdeh2 və Kamilli Bəxtiyar Asif oğlunun həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə Cavabdeh2 münasibətdə qismən əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli qəradadına əsasən Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası MM–nin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı əmələ gəlmiş borc tələbi ipoteka qoyana məxsus ipoteka predmetinə yönəldilməli və açıq hərracdan satıldıqdan bir ay sonra həmin mənzil boşaldılmalıdır. Ona görə də iddia tələbinin həmin hissəsi Cavabdeh2 münasibətdə əsaslıdır. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi mənzilə istifadə hüququnun itirilməsi, həmin mənzildən çıxarılması hissəsində Kamilli Bəxtiyar Asif oğluna münasibətdə əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı tərəf Kamilli Bəxtiyar Asif oğlunun ipoteka ilə yüklü edilmiş mənzilin tərkib hissəsindən istifadə hüququnun olmasına dair tələbini təsdiq edən sübutları nə iddia ərizəsinə əlavə etməmiş, nə də işin məhkəməyə hazırlanması zamanı təqdim etməmişdir. İddiaçı tərəf yalnız Kamilli Bəxtiyar Asif oğlunun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına dair 10 saylı MİS tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş arayışa istinad etməklə kifayətlənmişdir. Bununla belə iddiaçı tərəf hazırkı vaxtda Kamilli Bəxtiyar Asif oğlunun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmasına, həmin mənzilin tərkib hissəsindən istifadə etməsinə dair tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması, onun yaşadığı mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranmasına əsas vermir. Belə olan halda Kamilli Bəxtiyar Asif oğlunun mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun olması öz təsdiqini tapmır. Mövcud olmayan hüququn itirilməsi isə qanunda nəzərdə tutulmamışdır. Belə olan halda iddia tələbi Kamilli Bəxtiyar Asif oğluna münasibətdə əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 10/4254-9/4489 nömrəli rəyi ilə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 0.09 ha torpaq sahəsində inşa edilmiş 17/2 nömrəli yaşayış binasının 3-cü girişinin, 1-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 28,73 kv.m olan 37 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 25140 manat məbləğində, likvid dəyərinin isə təqribən 22700 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 22700 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 36 manat xidmət haqqı və 15 manat dövlət rüsumu, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41.20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015R********** saylı və xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə 1841.59 (bir min səkkiz yüz qırx bir manat əlli doqquz qəpik) manat əsas, 17.43 (on yeddi manat qırx üç qəpik) manat faiz borcu, xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə 256.58 (iki yüz əlli altı manat əlli səkkiz qəpik) manat əsas, 3.54 (üç manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2119.14 (iki min bir yüz on doqquz manat on dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC–yə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının və dövlət rüsumunun əvəzi olan 36 (otuz altı) manat xidmət haqqı və 15 (on beş) manat dövlət rüsumu alınıb İddiaçı QSC–yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 41.20 (qırx bir manat iyirmi qəpik) manat pul alınıb İddiaçı QSC–yə verilsin. Tələb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış ******* qeydiyyat nömrəli Çıxarış əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində 0.09 ha torpaq sahəsində yerləşən 17/2 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində, 28,73 kv.m ümumi, 17.19 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 37 nömrəli mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 22.700 (iyirmi iki min yeddi yüz) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 2119.14 (iki min bir yüz on doqquz manat on dörd qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 36 (otuz altı) manat xidmət haqqı və 15 (on beş) manat dövlət rüsumu, həmçinin dövlət rüsumunun əvəzi olan 41.20 (qırx bir manat iyirmi qəpik) manat pul alınıb İddiaçı QSC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra Cavabdeh2 mənzildən çıxarılsın, mənzil boşaldılsın və İddiaçı QSC–yə təhvil verilsin. Əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun, satışından əldə edilən pul vəsaiti artıq olduqda, qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-35/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-35/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver