Məhkəmə qərarları › İş №e-2(051)-36/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-36/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-36/2023 06.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 513 manat məbləğində əsas, 278,10 manat faiz borcu, cəmi 791,10 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1101/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-cu il tarixli, 151 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ona məxsus mağazadan 12 ay müddəini hissə-hissə ödəmək şərti ilə dəyəri 1236 manat olan “Samsung WW70R62LATXDLP” markalı paltaryuyan maşın almış və nəticədə 513 manat məbləğində borcu qalmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Ona görə də ona 278,10 manat faiz hesablanmışdır. Odur ki, sözügedən müqavilə üzrə yaranmış 513 manat məbləğində əsas, 278,10 manat faiz borcu olmaqla, ümumilikdə 791,10 manat borcun və 30 cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə o, "Minor Elektroniks” Mingəçevir şəhər filialından 1236 manat kredit şəklində 12 ay ərzində ödənilmək şərti ilə xx.xx.2020-ci il tarixli müqavilə əsasında WW70R62LATXDLP markalı Paltaryuyan maşın alınmışdır. Həmin paltaryuyan maşın alındıqdan cəmi 4-5 ay sonra paltaryuyanın işləməsində problem oldu. Belə ki, maşında yüksək səslər yarandı. O, bu problemlə bağlı filiala yaxınlaşaraq paltaryuyan maşının yararsız olduğunu, işləsə də yüksək səslə işlədiyini ibildirib onu geri qaytarmaq və yenisi ilə əvəz etmək istədi. Bu problemlə bağlı usta gələrək, paltaryuyan maşina baxdı və bildirdi ki, barabanı dağılmışdır. O, də ustaya yeni maşının belə bir tez zamanda barabanının dağılmasının nə ilə əlaqəli olmasını soruşdu. Usta isə cavabında paltaryuyan maşının barabanının əvvəldən yararsız olduğunu, yəni zavod defekti olduğunu bildirdi. Onlarda bu barədə mağazaya bildirdilər, lakin mağazanın rəhbərliyi müxtəlif bəhanələr gətirdilər, bunun zavod defekti olmadığını bildirdi. Daha sonra başqa usta gəldi, usta maşını Gəncəyə təmir üçün apardı, nəticə olaraq maşın işləyir deyildi. Lakin, heç bır müsbət nəticə olmamışdı, maşın yenə də yüksək səslə işləyirdi, onlar hətta maşının səsinin yüksək səslə olmasını sübut etmək üçün maşının səsini vatsapla onlara göndərdi. Onlar da gəlib evdə səsə qulaq asdılar. O, onlara bildirdik ki, əgər bu markalı maşınların hamısı belə səsli işləyirsə, biz heç bir narazılıq etməyəcəklər və onlar bu markalı paltaryuyan maşın satılan ünvana getdilər. Həqiqətən də bəlli oldu ki, həmin markadan olan paltaryuyan maşınlar normal şəkildə, səssiz qaydada işləyir. Bununla bağlı müraciətlər etdilər, lakin artıq gec olduğu onlara bildirildi. Daha sonra o, yenə mağazaya müraciət etdi ki, paltaryuyanı yenisi ilə əvəz edin, onlar də ödəınşi davam etdirsinlər. Onların paltaryuyan maşın yenisi ilə əvəzlənsə idi onlar ödənişin hamısı birdələyə ödəməyə hazır idilər. Lakin iddiaçı tərəf buna da razı olmadı. Onlar da müxtəlif bəhanələr, müxtəlif variantlar təklif etdilər, sonda isə heç bir müsbət nəticə əldə olunmadı. Əks halda o, ödənişlərini vaxtı vaxtında ödəyəcəkdi. O, dəfələrlə təkidlə bunu istəmədiyini və malı geri qaytarmaq istədiyini, yenisi ilə əvəz olunmasını bildirsə də filial tərəfindən buna əhəmiyyət verilməmişdir. Onun niyyəti "Minor biektronika"nın. İddiaçı "özünə sərf edən" nisyə satış müqaviləsindən əmələ gələn şərtləri ödəməmək deyil yalnız hüquqlarından istifadə etmək olmuşdur. Lakin onlar tərəfindən onun hüquqları təmin edilməmişdir. Bir daha qeyd edir ki, əgər paltaryuyan maşın yenisi ilə əvəz olunsa idi. Lakin, onun istəkləri nədənsə nəzərə alınmadı və o, yararsız, yüksək səslə işləyən paltaryuyan maşını işlətməyə məcbur qalmışdır. Hesab edir ki, hüquqlarının məhdudlaşdırlmasına əsasən müqavilə şərtləri etibarsız hesab edilməli və iddia tələbi təmin edilməmlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, 151 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 1236 manat olan “Samsung WW70R62LATXDLP” markalı paltaryuyan maşın almışdır. Cavabdeh 12 ay müddəini hissə-hissə olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Cavabdeh alqı-satqı müqaviləsinin bağlandığı müddətdən 1236 manat bocundan 723 manat ödəniş etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı müqavilə üzrə cəmi 791,10 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 151 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan dəyəri 1236 manat olan “Samsung WW70R62LATXDLP” markalı paltaryuyan maşın almış, bocunu 12 ay müddətə hissəhissə olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüş, lakin cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya 513 manat əsas borcu qalmışdır. Öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə əsas məbləğə iddiaçı tərəfindən 278,10 manat məbləğində faiz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehdən 513 manat məbləğdə əsas borc alınmalı, lakin hesablanmış faiz borcu müqavilədə nəzərdə tutulmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “müqavilə” adlandırılmış müqavilənin ümumi mətninə nəzər yetiriləndə müəyyən edilir ki, əslində cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla belə həmin xx.xx.2020-ci il tarixli, 151 saylı müqavilədə borcun faizlər ilə verilməsi şərtləndirilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 04 noyabr 2022-ci il tarixli 001-04/NR/11- 2022 nömrəli ekspertiza rəyindən görünür ki, paltar yuyan avadanlığın daşınması zamanı yüklənib boşaldarkən avtokardan və ya əldən salınması anbarda saxlanarkən düzgün formada yığılmaması həmçinin üzərinə aşırı çəkidə yükün yığılması hallarında məhsul bu vəziyyətə düşür. Avadanlığın nasazlığı onun tərəfləri və mərkəzi arasında olan simmetriyaların pozulması zamanı bu hadisə baş verir və bərpa etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış yazılı müqavilədə borcun faizlər ilə verilməsi ilə bağlı razılaşma olmadığından, iddiaçının əsas məbləğə 278,10 manat məbləğində faiz hesablaması, qanuni və əsaslı deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməli, 513 manat məbləğində əsas pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi 278,10 manat məbləğində faiz alınması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə "xxxx" MMC-nin 04 noyabr 2022-ci il tarixli 001-04/NR/11-2022 nömrəli ekspertiza rəyinə hüquqi qiymət verərək belə hesab edir ki, ekspertiza rəyinin cavabında qeyd olunan məişət avadanlığın kim tərəfindən və hansı səbəbdən nasaz vəziyətdə olması dəqiq qeyd edilməmişdir. Belə ki, rəyə əsasən qeyd edilən paltar yuyan avadanlığın daşınması zamanı yüklənib boşaldarkən avtokardan və ya əldən salınması anbarda saxlanarkən düzgün formada yığılmaması həmçinin üzərinə aşırı çəkidə yükün yığılması hallarında məhsul bu vəziyyətə düşür. Avadanlığın nasazlığı onun tərəfləri və mərkəzi arasında olan simmetriyaların pozulması zamanı bu hadisə baş verir və bərpa etmək mümkün deyil. Buradan aydın görünür ki, avadanlıqda baş verən nasazlığın kim tərəfindən və hansı səbəbdən qaynaqlandığı konkret göstərilmədiyi, məhkəmə üçün qeyri müəyyən olduğundan və cavabın kifayət qədər aydın və dolğun olmadığı üçün məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinin tələbinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Məhkəmə iclasında iddiaçının öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirə bilmişdir. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan xx.xx.2020-ci il tarixli, 151 saylı müqavilə üzrə 513 (beş yüz on üç) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar