Məhkəmə qərarları › İş №e-2(051)-398/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-398/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-398/2025 16.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2261.88 manat əsas və 3.14 manat faiz borcu olmaqla, cəmi 2265.02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 43.06 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli 006R/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 1 %-lə, 60 ay müddətinə 2656.09 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 168096 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi X8 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra məlum olmuşdur ki, X8 xx.xx.2024-ci il tarixində vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X5 mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 2261.88 manat əsas, 3.14 manat faiz borcu olmaqla, cəmi 2265.02 manat borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-41037/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cəvabdehlər məhkəmədə iştirak etməmiş və iştirak etməməkləri ilə bağlı heç bir üzrlü səbəb bildirməmişlər. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, 006R/19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən X3 60 ay müddətinə illik 1% olmaqla 2656.09 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 006R/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu X4 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 56.48 manat, sonuncu ay 56.13 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehlərin xx.xx.2019-cu il tarixli, 006R/19 saylı kredit müqaviləsi üzrə 2261.88 manat əsas və buna müvafiq olaraq hesablanmış faiz borcunun 3 gün müddətində ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə borcu 2261.88 manat əsas və 3.14 manat faiz olmaqla, cəmi 2265.02 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 168096 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X4 Bakı şəhərində beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri səbəbindən ölmüş, xx.xx.2021-ci il tarixdə 158 № ilə ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri, 13 saylı notariat ofisi tərəfindən verilmiş 2V-210 №li vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı X6r və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. xx.xx.2024-cü il tarixli Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-694 №li vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024cü il tarixdə vəfat etmiş X5 vərəsəsi atası X4 idi. Lakin, onun xx.xx.2021-ci ildə vəfatə etməsi ilə əlaqədar miras onun qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 keçir və onların hər biri miras əmlakdan ½ hissədə bərabər pay almalıdır. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 42.66 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin müəyyən olunmuş halı: X4 xx.xx.2019-cu il tarixli, 006R/19 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 60 ay müddətinə aylıq illik 1% ödəmək şərti ilə 2656.09 manat məbləğində kredit götürmüşdür. X4 xx.xx.2021-ci ildə ölmüşdür. X2 mirası qəbul etmiş vərəsəsi qızı X8 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X8 xx.xx.2024-ci il tarixində vəfat etmişdir. X5 mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda bank vərəsə kimi cavabdehlərdən qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307.Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı cəsmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Borcalan şəxs öldüyündən vərəsə miras əmlakı qəbul etdiyindən, mirasqoyanın borcunu ödəməyə borcludur. Cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. X4 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 006R/19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 006R/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 2261.88 manat məbləğində əsas və 3.14 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən ödənilmiş 43.06 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 006R/19 saylı müqavilə üzrə 2261.88 (iki min iki yüz altmış bir manat səksən səkkiz qəpik) manat əsas və 3.14 (üç manat on dörd qəpik) manat faiz olmaqla, cəmi 2265.02 (iki min iki yüz altmış beş manat iki qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumu 43.06 (qırx üç manat altı qəpik) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar