Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-406/2025 14.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Əli oğlunun, Cavabdeh Əsgərova Kəmalə Məmməd qızının qanun üzrə vərəsəsi olan Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Əsgərova Kəmalə Məmməd qızının qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Əsgərova Kəmalə Məmməd qızının qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, mərhum Əsgərova Kəmalə Məmməd qızının mirası Cavabdeh tərəfindən qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A02412623 №-li Kredit müqaviləsi üzrə borc alan Əsgərova Kəmalə Məmməd qızının iddiaçı ASC “Xalq” Bankı qarşısında 4491,57 manat məbləğində vaxtı keçmiş əsas borcu, 48,23 manat məbləğində kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cli il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 8,45 manat məbləğində penya, cəmi 4548,25 manat məbləğində pul vəsaiti və xx.xx.2024-cli il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 65,50 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən İddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC «Xalq» Bankı ilə Əsgərova Kəmalə Məmməd qızı arasında bağlanmış xx.xx.2023-cli il tarixli DKM/003N05A02412623 №-li Kredit müqaviləsinə miivafıq olaraq İddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 6500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cli maddəsinə və onun 1 №-li Əlavəsi olan Aımuitet ödəniş cədvəlinə əsasən cavabdeh K.Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan Əsgərova Kəmalə Məmməd qızı xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödənilməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə K.Cavabdehnın Kreditor qarşısında gecikdirilmiş borcu 4 539,80 manat təşkil edir ki, bunun da 4 491,57 manat vaxtı keçmiş əsas borcdan, 48,23 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş laiz) dərəcəsi ilə penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2024-cü il tarixdən etibarən 6 (altı) ay müddətinə Borc alanın xeyrinə dayandırılmış, xx.xx.2024-cü il tarixdən etibarən isə adi faizlərinin və penyanın hesablanması bərpa edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə penya məbləği 8,45 manat təşkil edir K.Cavabdehnm vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüqııqu yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi vaxtı keçmiş əsas borcun məbləği 4 491,57 manat, yuxarıda göstərilən adi faizlər üzrə Borcalanın borclarını nəzərə alaraq Bankın xx.xx.2024-cü il tarixinə tələblərinin ümumi məbləği isə 4 539,80 manat təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, X2 Məmməd qızı xx.xx.2024-cü il tarixində vəfat elmişdir. Bu hal Mingəçevir regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ № 388660 nömrəli Ölüm haqqında Şəhadətnamə ilə təsdiq edilir. Borcalan K.Cavabdehnm vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra tərəflərindən mərhumun mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı Bank tərəfindən edilmiş xx.xx.2024-cii il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum Əsgərova Kəmalə Məmməd qızından miras qalmış əmlaka xx.xx.2024-cii il tarixdə mərhumun oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, mərhum Əsgərova Kəmalə Məmməd qızının mirası Cavabdeh tərəfindən qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A02412623 №-li Kredit müqaviləsi üzrə borc alan Əsgərova Kəmalə Məmməd qızının iddiaçı ASC “Xalq” Bankı qarşısında 4491,57 manat məbləğində vaxtı keçmiş əsas borcu, 48,23 manat məbləğində kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cli il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 8,45 manat məbləğində penya, cəmi 4548,25 manat məbləğində pul vəsaiti və xx.xx.2024-cli il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi fazilər və illik 15% dərəcəsi ilə hesablanan penya Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması və İddia ərizəsinin verilməsinə görə 65,50 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən İddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı XALQ BANK» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Əli oğlu məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, iddianı qismən qəbul edir. Cavabdeh onun qardaşıdır. Bankdan krediti anası götürmüşdür. Hər zaman ödənişlər vaxtlı-vaxtında edilmişdir. Lakin anası vəfat etdikdən sonra gecikmələr yarandı. Anasından sadəcə ev qardaşına qalmışdır. Anası vəfat etdikdən sonra banka faiz hesablamalarının dayandırılması üçün müraciət etmişlər. Belə ki, 6 ay müddətinə faiz borcunun hesablanması dayandırılmalı idi. Lakin dayandırılmadı. Hazırda banka olan 4000 manat məbləğində borca görə qardaşının əmlakı üzərinə həbs qoyulmuşdur. Qardaşı fəhlə işləyir, maddi imkanı aşağıdır. Bankın rəhbərliyi isə borcu ödəmədiyi təqdirdə qardaşını evi satışa çıxarmaqla hədələyir. Əsas borcu ödəməyə razıdırlar, lakin faiz borcunu qəbul etmirlər və hesablanmasının dayandırılmasını xahiş edir. Məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əsgərova Kəmalə Məmməd qızı arasında bağlanmış xx.xx.2023-cli il tarixli DKM/003N05A02412623 №-li Kredit müqaviləsinə miivafıq olaraq İddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 6500 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əsgərova Kəmalə Məmməd qızı kredit məbləğinin ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, Əsgərova Kəmalə Məmməd qızının banka olan borcu 4491,57 manat məbləğində vaxtı keçmiş əsas borcu, 48,23 manat məbləğində kreditdən istifadəyə görə illik 12 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cli il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 8,45 manat məbləğində penya, cəmi 4548,25 manat məbləğində təşkil edir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əsgərova Kəmalə Məmməd qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu Cavabdeh xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Mingəçevir regional “ASAN xidmət" mərkəzində Notariat Ofisinin cavab məktubuna əsasən Əsgərova Kəmalə Məmməd qızı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan oğlu- Cavabdeh (AA*******, FİN: xxxxxxx) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Əsgərova Kəmalə Məmməd qızı arasında xx.xx.2023-cli il tarixli DKM/003N05A02412623 №-li 36 (otuz altı) ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 6500 manat məbləğində kredit verilmişdir., Əsgərova Kəmalə Məmməd qızı isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X3 Məmməd qızı xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli, 1581 №-li məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Əsgərova Kəmalə Məmməd qızının miras əmlakına dair Əsgərova Kəmalə Məmməd qızının oğlu- Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası Əsgərova Kəmalə Məmməd qızından qalmış mirası qəbul etməsinə dair Mingəçevir Asan Xidmət Mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və həmin tarixdə vərəsəlik işi açılmış, lakin hər hansı bir əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində maliyyə arayışına əsasən, Əsgərova Kəmalə Məmməd qızının Kredit müqaviləsi üzrə Banka ödənilməmiş borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 4491,57 manat əsas borc, 48,23 manat faiz borcu, 8,45 manat penya olmaqla, cəmi 4548,25 manat məbləğində borc cavabdehdən alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 65,50 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Əsgərova Kəmalə Məmməd qızı arasında bağlanmış kredit müqaviləsi əsasən, 4491,57 (dörd min dörd yüz doxsan bir manat, əlli yeddi qəpik) manat əsas borc, 48,23 (qırx səkkiz manat, iyirmi üç qəpik) manat faiz borcu, 8,45 (səkkiz manat, qırx beş qəpik) manat penya olmaqla, cəmi 4548,25 (dörd min beş yüz qırx səkkiz manat, iyirmi beş qəpik) manat borcu mirası qəbul etmiş qanun üzrə vərəsəsi olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 65,50 (altmış beş manat, əlli qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-406/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-406/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver