Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-432/2025 15.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair tələbinə dair iddia ərizəsinin yazılı icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment miqdarını artıraraq, hər ay 300 manat sabit pul məbləğində alimentin və 60 manat mediasiya xərcinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi ilə Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.9, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-432/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-432/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver