Məhkəmə qərarları › İş №e-2(051)-51/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-51/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-51/2024 19.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı QSC–nin nümayəndəsi X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə 8916.92 manat əsas kredit borcu, 1912.86 manat faiz borcu, 631.3 manat dəbbə pulu olmaqla, cəmi 11461.08 manat məbləğində pulun və ödənilmiş 124.38 manat dövlət rüsumunun tutulması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bankın nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, təmsil etdiyi bankla Cavabdeh1 arasında bağlanmış 03 fevral 2022ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 9300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdehin borcunu qaytarmasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuş və əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Zaminlə ayrıca müqavilə bağlanmış və o, yazılı şəkildə öhdəlik götürmüşdür. Cavabdehlər əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə, ödənilməmiş borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 8916.92 manat əsas kredit borcu, 1912.86 manat faiz borcu, 631.3 manat dəbbə pulu olmaqla, cəmi 11461.08 manat məbləğində borcun və ödənilmiş 124.38 manat dövlət rüsumunun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 zamin durmuşdur. Banka olan borcunun bir qismini ödəsə də, qalan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bu səbəbdən qalan borcunu maddi imkanı olan kimi ödəməyə söz verir. Əlavə olaraq qeyd edir ki, iddiaçı bank tərəfindən tətbiq edilmiş cərimə məbləği ilə razı deyildir. Hesab edir ki, cərimənin məbləği azaldılmalıdır. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə 9300 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, o, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1nun xx.xx.2018–ci il tarixə banka 8916.92 manat əsas kredit borcu, 1912.86 manat faiz borcu, 631.3 manat dəbbə pulu olmaqla, cəmi borcu 11461.08 manat təşkil edir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 9300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 20 ay müddətinə ödəniş planı üzrə hissə–hissə qaytarmaq şərtilə 9300 məbləğində kredit verilmişdir. Cavabdehin borcunu qaytarmasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 631.3 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iş üzrə təyinq edilmiş eksprert rəyini, rəydə müəyyən olunmuş məbləğ, həm əsas həm də faiz borcu idda tələbindən kənar çıxdığı üçün sübut kimi qiymətləndirmir. Tərəflər də bunun sübut kmi qəbul edilməməsini bldirir. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmşi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8916.92 manat əsas kredit borcu, 1912.86 manat faiz borcu və 20 manat dəbbə pulu olmaqla, cəmi 10849,78 manat alınıb İddiaçı QSC–yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8916.92 manat əsas kredit borcu, 1912.86 manat faiz borcu və 20 manat dəbbə pulu olmaqla, cəmi 10849,78 manat alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124.38 məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar