Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-512/2025 20.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1321.17 manat məbləğində kredit borcu, 880.41 manat məbləğində faiz borcu və 840.72 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3042,3 (üç min qırx iki manat, otuz qəpik), 30 (otuz) qəpik məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 50.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2078.83 manat ödəniş etmiş və onun iddiaçıya 1321.17 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1278 gün üçün hesablanmış faiz borcu 880.41 manat təşkiledir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1278 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 840.72 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən göründüyü kimi, borclu X4 xx.xx.2020-ci il tarixdə vəfat etdiyiİddiaçı QSC-yə məlum olmuşdur. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********49 saylı məktubuna əsasən, X5 adına ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən hazırda elektrik enerjisindən həmin ünvanda quraşdırılmış elektrik hesablama sayğacı vasitəsilə A.Vahidovun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 istifadə edirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının İddiaçı QSC-nin nümayəndəsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş ancaq məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış X2 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla və 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12 ay müddətinə 3400 (üç min dörd yüz) manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, X1 xx.xx.2024-cü il tarixədək 1321,17 manat əsas, 880,41 manat faiz məbləği olmaqla, cəmi 3042.3 manat məbləğində borcu qaytarmaq tələb olunmuşdur. İşdə olan xəbərdarlıqlardan görünür ki, X7 vəfat etdikdən sonra onun vərəsələri- Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi üzrə banka 1321,17 manat əsas borc, 880,41 manat faiz borcu, 840,72 manat cərimə borcu olmaqla, cəmi 3042.3 manat məbləğində borcu vardır. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan 11 aprel 2025-ci il tarixli, 9/2346 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsində qeyd olunmuş şərtləri nəzərə alaraq, cavabdeh X3 xx.xx.2024-cü il tarixə qədər olan borcu 1310,64 manat əsas borc, 948,76 manat faiz borcu olmaqla, 2259,4 manat məbləğində müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilən sənədlərdə cərimə hesabı üzrə çıxarış olmadığı üçün cavabdeh X6 cərimə borcunun hesablanması mümkün olmamışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla cavabdeh X7 arasında xx.xx.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə aylıq faiz dərəcəsi 1.6667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka xx.xx.2020ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsinə əsasən, 1321.17 manat məbləğində kredit borcu, 880.41 manat məbləğində faiz borcu və 840.72 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 3042,3 (üç min qırx iki manat, otuz qəpik) məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən göründüyü kimi, borclu X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********49 saylı məktubuna əsasən, X5 adına ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən hazırda elektrik enerjisindən həmin ünvanda quraşdırılmış elektrik hesablama sayğacı vasitəsilə A.Vahidovun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 istifadə edirlər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, X7 vəfat etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X3 vərəsəsi olmuşlar. Cavabdehlərə kredit borcunun ödənilməsi tapşırılmış, müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 11 aprel 2025-ci il tarixli, 9/2346 saylı ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə nəticəyə gəlir ki, ekspert rəyi nəzərə alınmamalıdır. Belə ki, cavabdehlərin iddiaçı banka xx.xx.2020-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsinə əsasən 1321,17 manat məbləğində əsas kredit borcu, 880,41 manat məbləğində faiz borcu və 840,72 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3042,3 (üç min qırx iki manat, otuz qəpik) manat məbləğində borcu hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, mərhum X9 xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1321,17 manat məbləğində əsas borc, kredit borcu, 880,41 manat məbləğində faiz borcu və 840,72 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 3042,3 (üç min qırx iki manat, otuz qəpik) manat məbləğində pul tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 50,43 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən 1321.17 (bir min üç yüz iyirmi bir manat on yeddi qəpik) manat əsas borc, 880,41 (səkkiz yüz səksən manat, qırx bir qəpik) manat məbləğində faiz borcu və 840,72 (səkkiz yüz qırx manat, yetmiş iki qəpik) manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 3042,3 (üç min qırx iki manat, otuz qəpik) pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olan 50,43 (əlli manat, qırx üç qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-512/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-512/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver