Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-52/2023 12.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: "xxxx" X24 Cəmiyyətininin nümayəndəsi Nümayəndə, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə İddiaçı "xxxx" X24 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X24 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əlli yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixdə **********30014 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19% (on doqquz faiz) ödənilməsi şərtilə, 17 500 (on yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə digər cavabdeh X16 (ipoteka qoyan) arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus, 15 nömrəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində 26,57 kv.m yaşayış, 21,24 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 47,81 kv.m təşkil edən 2 otaqlı, 46 nömrəli mənzilin (bundan sonra “Mənzil” adlandırılacaq ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********30014/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – “Bank” adlandırılacaq) Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 22 avqust 2019-cu il tarixli 2(051)-32/2019 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə 12999,74 (on iki min doqquz yüz doxsan doqquz ABŞ dolları 74 sent) ABŞ dolları məbləğində əsas borcun, 926,41 (doqquz yüz iyirmi altı ABŞ dolları, 41 sent) ABŞ dolları məbləğində adi fazilər üzrə borcun və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13976,15 (on üç min doqquz yüz yetmiş altı ABŞ dolları 15 sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 saylı evin 46 saylı mənzilinə tutma yönəldilsin, Mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməsi, Mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat məbləğində rüsum Cavabdeh alınıb iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X10, Cavabdeh və X3 Banka (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) qarşı verdikləri qarşılıqlı iddia rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(051)-32/2019 №-li qətnaməsindən narazı qalan Bank apelyasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsindən Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(051)-32/2019 №-li qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(107)-3154/2019 №-li qətnaməsilə apelyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(051)-32/2019 qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bank tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikası Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(107)-3154/2019 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məkəmənin 18 avqust 2020-ci il tarixli 2(102)-2462/2020 №-li qərarı ilə Bank tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(107)-3154/2019 №-li qətnaməsi ASC "xxxx" Bankında ipoteka qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən, 15 nömrəli binanın 46 nömrəli mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, X10, Cavabdeh və X3, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrə işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(051)-159/2021 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın apelyasiya şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(051)-32/2019 №-li qətnaməsi ASC "xxxx" Bankında ipoteka qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 nömrəli binanın 46 nömrəli mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, X10, Cavabdeh və X3, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilərək həmin hissələrdə yeni qətnamə qəbul edilmişdir. Yeni qətnamə ilə mənzilin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat müəyyən edilmiş və Mənzil satıldıqdan sonra boşaldılaraq, X16, Cavabdeh və X6 1 (bir) ay ərzində mənzildən çıxarılmaları qət edilmişdir. Bundan sonra cavabdeh X16 və onun vəkili X17 tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikası Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(051)-159/2021 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 13 dekabr 2021-ci il tarixli 2(102)-5770/2021 №li qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(051)-159/2021 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları, 43 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci maddəsinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Banl həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Odur ki, məhkəmədən xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əlli yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclası zamanı etiraz və mülahizəyə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, xahuş etmişdir ki, xx.xx.2014-cü il tarixli **********30014 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 4989,43 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 5187,48 ABŞ dolları məbləğində penya və cəmi 11634,18 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 150 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ASC "xxxx" Bankın xeyrinə tutulsun. Aşağıdakılara əsasən hesab edir ki, iddiaçı ASC "xxxx" Bankın iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin (H.Mirzəliyev) 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsinin X10 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi və mənzilin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı ASC "xxxx" Bankı tərəfindən kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edilsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi məhz bu hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesi gedən dövr ərzində tərəfindən qətnamədə qeyd edilən bütün borc məbləği ödənilmiş və ipotekaya qoyulmuş mənzili yüklülükdən azad edilmişdir. Əgər onun xx.xx.2014-cü il tarixli **********30014 saylı kredit müqaviləsi üzrə hər-hansı borcu qalmışdısa, o zaman nə üçün mənzil girovdan azad edilirdi? Bununla bağlı şəxsən banka gedərək mənzilin girovdan çıxarılmasına dair sənəd almış və ona borcunun olmadığını bildiriblər. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəf təxminən 4 ildən sonra əsassız və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Nəzərə alsa ki, kredit müqaviləsi 48 ay müddətinə bağlanmışdır, o zaman məlum olur ki, iddiaçı bank təşkilatı ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək olmuşdur. Belə çıxır ki, hazırkı iddia tələbi xx.xx.2021-ci il tarixə qədər qaldırılsa idi, 3 illik iddia müddəti ötürülməmiş hesab olunardı. İddiaçı ASC "xxxx" Bankı ona qarşı pul öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yığılmış faizlərin ödənilməsini tələb etsə də, nəzərə almamışdır ki, cavabdehin Apellyasiya Məhkəməsinə və ya Ali Məhkəməyə müraciət etməsi konstitusion hüququdur və buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətlərini məhz iddiaçı özü vermişdir. Sual olunur: Əgər Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətini və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətlərini məhz iddiaçı özü vermişdirsə, hansı əsasla bu müddətə görə faiz və penya hesablanır? Axı həmin müddətin yaranmasının əsas səbəbkarı bank təşkilatıdır. Bundan başqa, hər hansı proses iştirakçısının məhkəmə qərarlarından apelyasiya və kassasiya şikayətlərinin verilməsi onun prosessual hüququdur və bu həmin şəxsin öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Yəni, bu prosessual hüquqlardan hər hansı birinin həyata keçirilməsi digərini istisna edə bilməz. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Bu tələbin, öhdəliyin kredit müqaviləsindən və ya vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlməsi mübahisəlidir. Bu o anlama gəlir ki, hətta iddia tələbi bilavasitə kredit müqaviləsindən irəli gələn və həmin müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun tutulmasından ibarət olsa belə, MM-in 373.2-ci maddəsi ilə müqavilə tələbləri üzrə müəyyən edilən 3 illik iddia müddəti ASC tərəfindən ötürüldüyündən rədd edilməlidir. Odur ki, məhkəmədən iddiaçı ASC "xxxx" Bankın Cavabdeh Ələdddin oğluna qarşı xx.xx.2014-cü il tarixli **********30014 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4989,43 ABŞ dolları məbləğində əsas borc məbləği, 1457,27 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 5187,48 ABŞ dolları məbləğində penya, cəmi 11634,18 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasına dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)- 32/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ASC "xxxx" X2, Cavabdeh və X5 qarşı “29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməsi mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X11 banka olan borcunun ödənilməsi qət edilmişdir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka premetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" bankının hesabına ödənilməsi, iş üzrə 120 manat məbləğdə ekspertiza xərci iddiaçıdan və 100 manat məbləğdə ekspertiza xərci cavabdehdən alınıb Azərbaycan Respulikası Ədliyyə Naziriyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclər Cavabdeh alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərci iddiaçı ASC "xxxx" Bankından alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Cavabhde (qarşılıqlı iddia üzrə iddiaçı) X16, Cavabdeh və X4 ASC "xxxx" Bankına qarşı “xx.xx.2014cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3154/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, "xxxx" Bank ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2462/2020 qərarımdan görünür ki, iddiaçı ASC "xxxx" Bankının kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X16, Cavabdeh və X7, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrin ləğv edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X18 tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32 nömrəli qətnaməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X16, Cavabdeh və X7 onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İpotekaya qəbul edilmiş X10 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməsi, Mənzil satıldıqdan sonra boşaldılması X16, Cavabdeh və X7 1 ay ərzində çıxarılmaları qət edilmişdir. İşdə olan ASC "xxxx" Bankı tərəfindən DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə ASC "xxxx" Bankı tərəfindən ünvanlanmış məktubdan görünür ki, yazıb bildirir ki, 29 oktyabr 2014-cü il tarixli **********0014/ip nömrəli İpoteka müqaviləsinə əsasən X13 məxsus Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 2-ci mərtəbəsində yerləşən 47.81 kv.m ümumi, 26.57 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 46 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Bu barədə idarə bank tərəfindən banka xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı, DƏDRX-dən Çıxarış (reyestr nömrəsi **********82-05101-093015, qeydiyyat nömrəsi **********) verilmişdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli, 614 saylı bildirişin qeydiyyata alınması üçün, xx.xx.2016-cı il tarixli 584 saylı Ərizə ilə müraciət olunmuş və həmin ərizə idarə tərəfindən qeydiyyata alınmaq üçün qəbul edilmişdir. Yuxarıdakıları nəzərə alaraq, adı çəkilən əmlakın üzərinə qoyulmuş bütün məhdudiyyətləri və eləcə də bildirişin ləğv edilməsini xahiş edir. İşdə olan ASC "xxxx" Bankı tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 saylı və Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(107)-159/2021 saylı qətnamələrinə əsasən müəyyən edilmiş borc məbləğinin cavabdehlərdən alınıb ASC "xxxx" Bankına ödənilməsini təmin etmək məqsədilə cavabdeh X12 mülkiyyətində olan Mingəçevir şəhəri, A.Şaiq küçəsində 15 saylı evin 46 saylı mənzilinə tutma yönəldilməsi həmin mənzilin hərracda satılması və mənzil hərracda satıldıqdan sonrakı 1 ay ərzində mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılmaları qət edilmişdir. Məlumat üçün bildirir ki, cavabdeh X16 tərəfindən qeyd olunan qətnamələr üzrə müəyyən edilmiş borc məbləği ödənilmişdir. Göstərilən qətnamə üzrə tərəfindən aparılmaqla olan iş üzrə icraata xitam verilməsini və bu barədə banka məlumat verilməsini xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə borclular Cavabdeh, X9, X1 müştərək qaydada 13976.15 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar xxxxnın xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclular Cavabdeh, X16, X7 tərəfindən tam şəkildə təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-32/19 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam veriməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 17500 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh və ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzili ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-32/2019 saylı qətnaməsinə əsasən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ASC "xxxx" X2, Cavabdeh və X5 qarşı “29 oktyabr 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilməsi mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına X11 banka olan borcunun ödənilməsi qət edilmişdir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka premetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" bankının hesabına ödənilməsi, iş üzrə 120 manat məbləğdə ekspertiza xərci iddiaçıdan və 100 manat məbləğdə ekspertiza xərci cavabdehdən alınıb Azərbaycan Respulikası Ədliyyə Naziriyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclər Cavabdeh alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərci iddiaçı ASC "xxxx" Bankından alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Cavabhde (qarşılıqlı iddia üzrə iddiaçı) X16, Cavabdeh və X4 ASC "xxxx" Bankına qarşı “xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı bank apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3154/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" Bank ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bank kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2462/2020 qərarı ilə iddiaçı ASC "xxxx" Bankının kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X16, Cavabdeh və X7, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrin ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X18 tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(051)-32 nömrəli qətnaməsi ipotekaya qoyulmuş, X10 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və X16, Cavabdeh və X7 onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İpotekaya qəbul edilmiş X10 mülkiyyətində olan Mingəçevir şəhərinin A.Şaiq küçəsindəki 15 saylı evin 46 saylı mənzilin ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat müəyyən edilməsi, Mənzil satıldıqdan sonra boşaldılması X16, Cavabdeh və X7 1 ay ərzində çıxarılmaları qət edilmişdir. İş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdehlərin borcu tam ödəməsinə dair iddiaçı bank Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə və DƏDRX-ın 17 saylı Ərazi İdarəsinə məktublar göndərmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, tələbin ipoteka predmetinə yönəldilməsinə və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə 4989,43 (dörd min doqquz yüz səksən doqquz ABŞ dolları 43 sent) ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 1457,27 (bir min dörd yüz əlli yeddi ABŞ dolları 27 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5187,48 (beş min bir yüz səksən yeddi ABŞ dolları, 48 sent) ABŞ dolları məbləğində penya, cəmi 11634,18 (on bir min altı yüz otuz dörd ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki, kredit borcunun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona gərə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh məhkəmə tərəfindən qəbul olunmuş qətnamə və qərarlardan razı olmuş və həmin qərarları mübahisələndirməmişdir. Lakin Bank təşkilatı qətnamədən bütün yuxarı instansiyalara dəfələrlə müraciət etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" X24 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********30014 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində məhkəmə xərci "xxxx" X24 Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360 1**********3944 SWİFT BİK CTREAZ 22). Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-52/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-52/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver