Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-551/2025 14.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 manat əsas, 904.36 manat faiz, cəmi 8551.95 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 manat əsas, 279.84 manat faiz, cəmi 1847.39 manat, ümumilikdə 10399.34 manat borcun və ödənilmiş 121.2 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 24.5 faiz dərəcəsi ilə 8300 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, vəsait filialdan əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2116 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtinə əsasən kredit və ona hesablanmış faizləri müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüş, lakin öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə, cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 manat əsas, 904.36 manat faiz, cəmi 8551.95 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 manat əsas, 279.84 manat faiz, cəmi 1847.39 manat, ümumilikdə 10399.34 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 04 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına 48 ay müddətinə, illik 24.5 faiz dərəcəsi ilə 8300 manat olan kredit vəsaiti mədaxil edilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh həmin tarixdə Kapital bank ASC-nin Təbriz filialından 8300 (səkkiz min üç yüz) manat məbləğində pulu şəxsən almışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2116 manat məbləğində kredit verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 manat əsas, 904.36 manat faiz, cəmi 8551.95 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 manat əsas, 279.84 manat faiz, cəmi 1847.39 manat, ümumilikdə 10399.34 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında elektron qaydada xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı və xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı kredit (borc) müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 24.5 faiz dərəcəsi ilə 8300 manat məbləğində kredit vəsaiti verilmiş, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı kredit müqaviləsinə əsasən cavabdehin kart hesabına 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2116 manat məbləğində kredit mədaxil edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əldə etdiyi kredit borcunu hər ay hissə-hissə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 manat əsas, 904.36 manat faiz olmaqla, cəmi 8551.95 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 manat əsas, 279.84 manat faiz olmaqla, cəmi 1847.39 manat, ümumilikdə 10399.34 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə predmeti pul məbləği olan kredit müqavilələri bağlanmış, xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 24.5 faiz dərəcəsi ilə 8300 manat olan kredit vəsaiti verilmiş, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2116 manat məbləğində kredit mədaxil edilmişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq əldə etdiyi kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 manat əsas, 904.36 manat faiz borcu olmaqla, cəmi 8551.95 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 manat əsas, 279.84 manat faiz borcu olmaqla, cəmi 1847.39 manat borcu, ümumilikdə 10399.34 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 manat əsas, 904.36 manat faiz borcu olmaqla, cəmi 8551.95 manat, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 manat əsas, 279.84 manat faiz borcu olmaqla, cəmi 1847.39 manat, ümumilikdə 10399.34 manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 121.2 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTKR5848241B204 saylı kredit müqaviləsinə əsasən 7647.59 (yeddi min altı yüz qırx yeddi manat, əlli doqquz qəpik) manat əsas, 904.36 (doqquz yüz dörd manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 8551.95 (səkkiz min beş yüz əlli bir manat, doxsan beş qəpik) manat, xx.xx.2023-cü il tarixli BUMM4342989B299 saylı müqaviləsinə əsasən 1567.55 (bir min beş yüz altmış yeddi manat, əlli beş qəpik) manat əsas, 279.84 (iki yüz yetmiş doqquz manat, səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1847.39 (bir min səkkiz yüz qırx yeddi manat, otuz doqquz qəpik) manat, ümumilikdə 10399.34 (on min üç yüz doxsan doqquz manat, otuz dörd qəpik) manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 121.2 (bir yüz iyirmi bir manat, iyirmi qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-551/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-551/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver