Məhkəmə qərarları › İş №e-2(051)-569/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-569/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-569/2024 01.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.63 manat əsas borc, 7.97 manat faiz borcu, cəmi 307.60 manat və xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsi üzrə isə 2922.66 manat əsas borc və 65.85 manat faiz borcu olmaqla, cəmi 2988.51 manat, ümumilikdə 3296.11 manat kredit borcun və ödənilmiş 52.97 manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla Əzizova Zeynəb Möysüm qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsinə əsasən bank Əzizova Zeynəb Möysüm qızına illik 22 faiz olmaqla 48 ay müddətinə 3090 manat məbləğində kredit vermiş, həmçinin xx.xx.2020-ci il tarixli, BPM **********30 Tm kart müqaviləsinə əsasən 36 ay müddətinə, illik 24 faiz olmaqla 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2044 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Əzizova Zeynəb Möysüm qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun miras əmlakına dair ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2023cü il tarixli 2V-67 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.63 manat əsas borc, 7.97 manat faiz borcu, cəmi 307.60 manat və xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsi üzrə isə 2922.66 manat əsas borc və 65.85 manat faiz borcu olmaqla, cəmi 2988.51 manat, ümumilikdə 3296.11 manat kredit borcun və ödənilmiş 52.97 manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar : "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əzizova Zeynəb Möysüm qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Əzizova Zeynəb Möysüm qızına illik 22 faiz olmaqla 48 ay müddətinə 3090 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əzizova Zeynəb Möysüm qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Əzizova Zeynəb Möysüm qızına illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əzizova Zeynəb Möysüm qızı kredit məbləğinin xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixi ərzində ödənilməsinə razı olmuşlar. Əzizova Zeynəb Möysüm qızı həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC–yə aid xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh Əzizova Zeynəb Möysüm qızı iddiaçı bankın Mingəçevir filialından 2039 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixədək Əzizova Zeynəb Möysüm qızının xx.xx.2020-ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.63 manat əsas borc, 7.97 manat faiz borcunun, xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsi üzrə isə 2922.66 manat əsas borc və 65.85 manat faiz borcu olmaqla, cəmi 2988.51 manat, ümumilikdə 3296.11 manat Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2044 nömrəli məktubundan görünür ki, Əzizova Zeynəb Möysüm qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka Cavabdeh Camallədin oğluna 2V-67 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizova Zeynəb Möysüm qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-cci il tarixdə 268 nömrə ilə qeyd edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Əzizova Zeynəb Möysüm qızı arasında xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum Əzizova Zeynəb Möysüm qızına illik 22 faiz olmaqla 48 ay müddətinə 3090 manat məbləğində pul (kredit) vermiş, xx.xx.2020-ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Əzizova Zeynəb Möysüm qızına illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Əzizova Zeynəb Möysüm qızı isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 Möysüm qızı xx.xx.2022-ci il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Cavabdeh isə Əzizova Zeynəb Möysüm qızının vərəsəsi olmasına və ondan qalmış mirası qəbul etməsinə baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.5–ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1–ci maddəsində göstərilmişdir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2020ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.63 (iki yüz doxsan doqquz manat altmış üç qəpik) manat əsas borc, 7.97 (yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, cəmi 307.60 (üç yüz yeddi manat altmış qəpik) manat və xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsi üzrə isə 2922.66 (iki min doqquz yüz iyirmi iki manat altmış altı qəpik) manat əsas borc və 65.85 (altmış beş manat səksən beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2988.51 (iki min doqquz yüz səksən səkkiz manat əlli bir qəpik) manat, ümumilikdə 3296.11 (üç min iki yüz doxsan altı manat on bir qəpik) manat məbləğində pul cavabdehdən alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 52.97 (əlli iki manat doxsan yeddi qəpik) manat məbləğində pul və 0.4 (qırx qəpik) manat xidmət haqqı mirası qəbul etmiş vərəsə olan Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Əzizova Zeynəb Möysüm qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********0 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 299.63 (iki yüz doxsan doqquz manat altmış üç qəpik) manat əsas borc, 7.97 (yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, cəmi 307.60 (üç yüz yeddi manat altmış qəpik) manat və xx.xx.2022-ci il tarixli BPM**********35 nömrəli kredit müqaviləsi üzrə isə 2922.66 (iki min doqquz yüz iyirmi iki manat altmış altı qəpik) manat əsas borc və 65.85 (altmış beş manat səksən beş qəpik) manat faiz borcu olmaqla, cəmi 2988.51 (iki min doqquz yüz səksən səkkiz manat əlli bir qəpik) manat, ümumilikdə 3296.11 (üç min iki yüz doxsan altı manat on bir qəpik) manat məbləğində borc mirası qəbul etmiş vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 52.97 (əlli iki manat doxsan yeddi qəpik) manat pul və 0.4 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar