Məhkəmə qərarları › İş №e-2(051)-57/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-57/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-57/2024 14.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “Expressbank» ASC-nin cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 8669.58 (səkkiz min altı yüz altmış doqquz manat əlli səkkiz qəpik) manat – ondan 7595.12 (yeddi min beş yüz doxsan beş manat on iki qəpik) manat əsas, 1074.46 (bir min yetmiş dörd manat qırx altı qəpik) manat faiz borcu olmaqla, iş üzrə ödənilmiş 107.10 (bir yüz yeddi manat 10 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin artırılması barədə məhkəməyə ərizə göndərərək, “Expressban«” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28 mart 2022 il tarixli 600804-368937/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliKİərini yerinə yetirmədiyindən borcluya qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhKəməyə müraciət edilmişdir. İddia ərizəsində göstərilən 7595.12 manat məbləğində əsas borc və 1871.05 manat faiz borcu olmaqla, ümumilikdə 9466.17 (Doqquz min dörd yüz altmış altı (.17)) manat kredit borcu xx.xx.2023-ci il tarixə sistem üzrə hesablanmış məbləğlərdir. Lakin həmin tarixdən bu günədək 8 ( səkkiz ) ay müddət keçmiş, müqavilə müddətinin bitməməsini və borcalanın bu müddət ərzində banka heç bir ödəniş etməməsini nəzərə alaraq iddia tələbinin həcmi artırılır. Bu səbəbdən AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini iddianın pul tutulması hissəsində artıraraq cavabdehdən 7595.12 manat əsas borc və 6115.51 manat faiz borcu olmaqla, cəmi 13710.63 manat məbləğində pulun və 132.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddianın təmin edilməsini Sizdən xahiş etmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 600804-368937/1 nömrəli kredit müqaviləsinə əsasən, bank cavabdehə illik 17 faiz olmaqla 36 ay müddətinə 9550 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə, onun kredit borcları yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 600804-368937/1 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 17 faiz olmaqla 36 ay müddətinə 9550 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC–yə aid kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh iddiaçı bankın Mingəçevir filialından 9550 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4439 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka olan borcu 7498,25 manat əsas, 566,53 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 600804-368937/1 nömrəli kredit (borc) müqaviləsinə əsasən, bank cavabdehə illik 17 faiz olmaqla 36 ay müddətinə 9550 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə iddiaçı 7595.12 manat əsas borc və 6115.51 manat faiz borcu olmaqla, cəmi 13710.63 manat məbləğində borcun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4439 nömrəli ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, o nəticəyə gəlir ki, ekspert rəyi kifayət qədər aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həm də təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə predmeti pul məbləği olan etibarlı şəkildə kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 17 faiz olmaqla 36 ay müddətinə 9550 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ondan sonra cavabdehin iddiaçı banka kredit müqaviləsinin sonunadək, borcu yaranmışdır. Ona görə iddiaçı bankın cavabdehlərə qarşı həmin məbləği tələb etmək hüququ yaranmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış kredit (borc müqaviləsinə görə ) bank cavabdehə illik 17 faiz olmaqla 36 ay müddətinə 9550 manat məbləğində pul (kredit) vermişdir. Cavabdeh tərəf müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda Cavabdeh müqavilə müddətinin sonunadək əsas borcunun məbləğinin 7498,25 manat, faiz borcunun isə 566,53 manat olması xx.xx.2024-cü il tarixli 9/4439 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert öz rəyini iddiaçı bankın təqdim etdiyi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər əsasında vermişdir. Bu da onu deməyə əsas verir ki, ekspert rəyində göstərilən məbləğlər iş materiallarına və işin həqiqi hallarına daha uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Ona görə də məhkəmə iddiaçı tərəfin faiz məbləğinə kecikmə faizini əlavə etməsini, müqavilə şərtlərinə zidd olduğu üçün əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən faiz məbləği illik 17 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Həmin faiz dərəcəsinə uyğun olaraq ekspert faiz məbləğini müəyyən etmişdir. Belə olan halda cavabdeh tərəfin müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı bank tərəfindən müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilərək əlavə faiz hesablaması, yəni faiz məbləğinin üzərinə cərimə əlavə etməsi və həmin məbləği müqavilədə razılaşdırılmış 17 faiz dərəcəsi ilə hesablanmış faiz borcu kimi göstərməsi, qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İşdə olan və məhkəmə iclasında tədqiq edilib sübut növü kimi qəbul edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4439 saylı ekspert rəyi ilə də təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka əsas borc üzrə 7498,25 manat, faiz borcu üzrə 566,53 manat borcu yaranmışdır. Cavabdehlərin banka olan borclarının ekspert rəyində qeyd edilmiş xx.xx.2022-ci il tarixədək hesablanmış əsas və faiz borcuna uyğun hesablanmasını məhkəmə işin müəyyən edilmiş həqiqi hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka əsas borc üzrə 7498,25 manat, faiz borcu üzrə 566,53 manat olmaqla, cəmi 8064,78 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 600804-368937/1 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 7498,25 manat əsas kredit borcu, 566,53 manat faiz borcu olmaqla, cəmi 8064,78 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin məbləğinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100,65 cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş xx.xx.2024-cü il tarixli və məhkəmə–mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 150 manat məhkəmə xərci və xx.xx.2024-cü tarixli məhkəmə–mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 250 manat təşkil etmişdir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7498,25 manat əsas kredit borcu, 566,53 manat faiz borcu olmaqla, cəmi 8064,78 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,65 manat pul alınıb İddiaçı ASC–yə verilsin. Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan cəmi 250 manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar