Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-574/2025 11.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə əsasən mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK8923457B299 saylı kredit müqaviləsinə əsasən 1300 manat əsas, 223.50 manat faiz olmaqla, cəmi 1523.50 manat borcun, xx.xx.2023-cü il tarixli BRCB3169989B299 saylı kredit kartına əsasən 700 manat əsas, 150.61 manat faiz olmaqla, cəmi 850.61 manat borcun və 43.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK8923457B299 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 37 faiz olmaq şərti ilə 35 ay müddətinə 1300 manat pul krediti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Hazırda cavabdehin müqavilə üzrə 1300 manat əsas, 223.50 manat faiz olmaqla, cəmi 1523.50 manat məbləğində borcu mövcuddur. xx.xx.2023-cü il tarixli, BRCB3169989B299 saylı kredit kartı müqaviləsinə əsasən sonuncuya illik 30 faiz olmaq şərti ilə 700 manat pul krediti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Hazırda cavabdehin müqavilə üzrə 700 manat əsas, 150.61 manat faiz olmaqla, cəmi 850.61 manat məbləğində borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş 4 saylı MİS tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış məlumata əsasən bildiriş Cavabdeh çatdırılmamışdır. Cavabdeh hal-hazırda qeyd edilmiş ünvanda yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki xx.xx.2024-cü il tarixli GTZK8923457B299 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh 35 ay müddətinə, illik 37 % dərəcəsi ilə 1300 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 61.24 manat, sonuncu ay 62.89 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 700 manat əsas, 150.61 manat faiz borcu olmaqla, cəmi 850.61 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 1300 manat əsas, 223.50 manat faiz borcu olmaqla, cəmi 1523.50 manat borcu yaranmışdır. Cavabdehdən kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, GTZK8923457B299 saylı kredit müqaviləsi üzrə 1300 manat əsas, 223.50 manat faiz olmaqla, cəmi 1523.50 manat borcunun olması; xx.xx.2023-cü il tarixli BRCB3169989B299 saylı kredit kartı üzrə 700 manat əsas, 150.61 manat faiz borcu olmaqla, cəmi 850.61 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 43.74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK8923457B299 saylı və xx.xx.2023-cü il tarixli BRCB3169989B299 saylı kredit müqavilələri üzrə İddiaçı ASC-i qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-i Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK8923457B299 saylı kredit müqaviləsi üzrə 1300 manat əsas, 223.50 manat faiz olmaqla, cəmi 1523.50 manat borcun, xx.xx.2023-cü il tarixli BRCB3169989B299 saylı kredit kartı üzrə 700 manat əsas, 150.61 manat faiz olmaqla, cəmi 850.61 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.74 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTZK8923457B299 saylı kredit müqaviləsi üzrə 1300 (bir min üç yüz manat) manat əsas, 223.50 (iki yüz iyirmi üç manat əlli qəpik) manat faiz olmaqla, cəmi 1523.50 (bir min beş yüz iyirmi üç manat əlli qəpik) manat; xx.xx.2023-cü il tarixli BRCB3169989B299 saylı kredit kartı üzrə 700 (yeddi yüz manat) manat əsas, 150.61 (bir yüz əlli manat altmış bir qəpik) manat faiz olmaqla, cəmi 850.61 (səkkiz yüz əlli manat altmış bir qəpik) manat məbləğində pul, ümumilikdə iki müqavilə üzrə 2374.11 (iki min üç yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 43.74 (qırx üç manat yetmiş dörd qəpik) manat alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-574/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-574/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver