Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-6/2025 13.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1095,66 manat əsas borc, 553,01 manat faiz borcu olmaqla, cəmi 1648,67 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı 1095.66 manat əsas borc, 553.01 manat faiz borcu olmaqla, cəmi 1648.67 məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-MİN-72 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildirilmiş ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2013-cü il tarixli M-101- AZN saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 24%-lə 2500,0 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh1 arasında 02 oktyabr 2013-cü il tarixli zaminlik haqqında razılıq bağlanmışdır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh kredit borcu İddiaçı QSC-yə təhvil verildikdən sonra heç bir ödəniş etməmişdir. Cavabdeh2 iddiaçıya olan ödənilməmiş əsas borcu 1095,66 manat, faiz borcu, 553,01 manat, cəmi borcu 1648,67 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı BOKT QSC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməmişdir. İşdə olan sübutlar: xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 "xxxx"nın Mingəçevir filialından 2451 manat məbləğində pul götürmüşdür. "xxxx" ASC-dən İddiaçı QSC BOKT-a xx.xx.2017-ci il tarixli S-FK-MİN-72 saylı aktla təhvil verilmiş Cavabdeh2 kredit borcunun xx.xx.2021-ci il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, əsas borc 1095,66 manat, faiz borcu 553,01 manat olmaqla, cəmi 1648,67 manat təşkil edir. xx.xx.2013-cü il tarixli M-101-AZN saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx"ndan xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci ilədək 24 ay müddətinə illik faiz dərəcəsi 24 % olmaqla 2500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2013-cü il tarixli zaminlik haqqında razılıq müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 kredit müqavilə üzrə öhdəliklərinin məsuliyyətini daşımağı öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 2908 №li bank tərəfindən Cavabdeh2 göndərilmiş bildirişlin surətlərindən görünür ki, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcun olması və 10 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixli ********* №li mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunu ödəmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q- 911/69 №li arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, xx.xx.2014-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 655 № ilə qeyd edilmişdir. Mİngəçevir Şəhər Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2(051)-6/2025 saylı qərardadı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasına əsasən mülki iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilməsi qərara alınmışdır. İşin müəyyən olunmuş halı: Bank Cavabdeh2 ilə M-101-AZN saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqavilə 02 oktyabr 2013-cü il tarixli, 24 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh1 zamin olmuşdur. Bank borcun qaytarılması tələbi ilə 25 noyabr 2020-ci ildə Cavabdeh2 bildiriş göndərmişdir. Borcalan Cavabdeh2 01 noyabr 2014-cü ildə ölmüşdür. Bank borclu öldükdən sonra ona və zaminə qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcluya münasibətdə iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İddiaçı borclu Cavabdeh2 qarşı o, öləndən sonra məhkəməyə iddia verdiyindən Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilmişdir. İşin müəyyən edilmiş halından göründüyü kimi zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 02 oktyabr 2015-ci ildə başa çatmışdır. Bank 02 oktyabr 2016-cı il tarixədək zaminə borcun qaytarılması tələbi ilə müraciət etməmişdir. Bank yalnız 25 noyabr 2020-ci il tarixdə borcun qaytarılması tələbi ilə borclu Cavabdeh2 müraciət etmişdir. Belə olan halda bankın zamin Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbi qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən təmin edilə bilməz. İddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı BOKT QSC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı BOKT QSC-nin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-6/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-6/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver