Məhkəmə qərarları › İş №e-2(051)-60/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-60/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-60/2023 12.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: "xxxx" X5 Cəmiyyətininin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" X5 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X5 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2018ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 (bir min beş yüz yetmiş üç ABŞ dolları, 33 qəpik) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2022-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 6679,79 (altı min altı yüz yetmiş doqquz ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində penya, cəmi 8253,13 (səkkiz min iki yüz əlli üç ABŞ dolları, 13 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********89914 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19% (on doqquz faiz) ödənilməsi şərtilə, 24500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan Əliyeva Ləman Rafiq qızı arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin (bundan sonra “Bağ evi” adlandırılacaq ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********89914/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetrilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – “Bank” adlandırılacaq) Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 yanvar 2020-ci il tarixli 2(051)-19/2020 №-li qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, həmin qətnamə ilə cavabdeh Əliyeva Ləman Rafiq qızına mülkiyyət hüququ əsasında məxsus, ipoteka predmeti olan, Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71,6 kv.m, yardımçı sahəsi 166,1 kv.m, ümumi sahəsi 237,7 kv.m olan 45 nömrəli bağ evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına borclu Cavabdeh 11828,75 (on bir min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları, 75 sent) ABŞ dolları əsas kredit borcu 7807,87 (yeddi min səkkiz yüz yeddi ABŞ dolları 87 sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236,62 (iyirmi min iki yüz otuz altı ABŞ dolları, 62 sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat tutularaq iddiaçı ASC "xxxx" Bankına verilməsi və borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan vəsait cavabdehə qaytarılması qət edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Bank və cavabdeh Əliyeva Ləman Rafiq qızı apelyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(051)-19/2020 №-li qətnaməsinin ləğv edilməsini xahiş etmişdirlər. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)-1169/2020 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın apelyasiya şikayəti təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(107)-19/2020 №-li qətnaməsi qismən – ipoteka ilə yüklü ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməmişdir. Bundan sonra cavabdeh Əliyeva Ləman Rafiq qızı və vəkili X3 apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək Azərbaycan Respublikası Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)- 1169/2020 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 23 noyabr 2020-ci il tarixli 2(102)-5704/2020 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 2(107)- 1169/2020 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Bağ evi üzərində ipotekaya xitam verimişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə kredit üzrə əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinədək hesablanmış və ödənilməmiş 6679,79 (altı min altı yüz yetmiş doqquz ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində penya üzrə borcu qalmışdır. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2018-ci il) əsas borcun tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2022-ci il) olan dövr üçün müvafiq məbləğ 1573,33 (bir min beş yüz yetmiş üç ABŞ dolları, 33 sent) ABŞ dolları təşkil edir. Kredit üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı bankın nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmədiyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək xəstəliyi ilə bağlı məhkəmədə iştirak etməməsini bildirmişdir. Məhkəmə Azərbaycpan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tuturaq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayımışdır. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, banka olan borcunu tam şəkildə ödəmişdir. İş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, banka heç bir borcu qalmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)- 19/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuşdur. Cavabdeh Əliyeva Ləman Rafiq qızına məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 54000 manat qiymətləndirilmiş, Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 11828.75 (on bir min səkkiz yüz iyirmi səkkiz dollar yetmiş beş sent) ABŞ dolları əsas kredit borcu, 7807.87 (yeddi min səkkiz yüz yeddi dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236.62 (iyirmi min iki yüz otuz altı dollar altmış iki sent) ABŞ dolları kredit borcu qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan vəsaitin cavabdehə qaytarılması qət edilmişdir. İddia xx.xx.2020-ci il tarixdən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya tələbinə və ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdeh Əliyeva Ləman Rafiq qızının, onun ailə üzvlərinin evdən çıxarılma və evin boşaldılmasına dair hissədə təmin edilməmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1169/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı "xxxx" Bankı ASC nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsi qismən-ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" Bankı ASC-nin cavabdeh Əliyeva Ləman Rafiq qızına qarşı kredit borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması tələbinə dair iddiasının Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması hissəsi də təmin edilməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5704/2020 saylı qərarından görünür ki, cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1169/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cərimə və faiz borcu, ipoteka predmetinin hərracdan satılması və boşaldılması hissələrində dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 24500 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Əliyeva Ləman Rafiq qızına məxsus Mingəçevir şəhəri, 9-cu Bağ küçəsində yerləşən yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-19/2020 saylı qətnaməsinə ilə iddia qismən təmin olunmuşdur. Cavabdeh Əliyeva Ləman Rafiq qızına məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 54000 manat qiymətləndirilmiş, Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 11828.75 (on bir min səkkiz yüz iyirmi səkkiz dollar yetmiş beş sent) ABŞ dolları əsas kredit borcu, 7807.87 (yeddi min səkkiz yüz yeddi dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 20236.62 (iyirmi min iki yüz otuz altı dollar altmış iki sent) ABŞ dolları kredit borcu qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 (on yeddi) manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan vəsaitin cavabdehə qaytarılması qət edilmişdir. İddia xx.xx.2020-ci il tarixdən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya tələbinə və ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabdeh Əliyeva Ləman Rafiq qızının, onun ailə üzvlərinin evdən çıxarılma və evin boşaldılmasına dair hissədə təmin edilməmişdir. İddiaçı bank və cavabdeh Əliyeva Ləman Rafiq qızı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1169/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı "xxxx" Bankı ASC nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(051)-19/2020 nömrəli qətnaməsi qismən-ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" Bankı ASC-nin cavabdeh Əliyeva Ləman Rafiq qızına qarşı kredit borcun, tutmanın ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması tələbinə dair iddiasının Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması hissəsi də təmin edilməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri 9-cu Bağ küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 №li bağ evi açıq hərracdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Cavabdeh Əliyeva Ləman Rafiq qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5704/2020 saylı qərarı ilə cavabdeh Əliyeva Ləman Rafiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1169/2020 nömrəli iş üzrə 24 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cərimə və faiz borcu, ipoteka predmetinin hərracdan satılması və boşaldılması hissələrində dəyişdirilmədən saxlanmışdır. İş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İddia ərizəsinin məzmunun da görünür ki, cavabdeh tərəf iddiaçı banka olan borcunu tam şəkildə ödəmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, tələbin ipoteka predmetinə yönəldilməsinə və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 1573,33 (bir min beş yüz yetmiş üç ABŞ dolları, 33 qəpik) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2022-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 6679,79 (altı min altı yüz yetmiş doqquz ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində penya, cəmi 8253,13 (səkkiz min iki yüz əlli üç ABŞ dolları, 13 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması iddia ərizəsinin verilməsinə görə 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki, kredit borcunun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona gərə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" X5 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********89914 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin Cavabdeh tutulması tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində məhkəmə xərci "xxxx" X5 Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360 1**********3944 SWİFT BİK CTREAZ 22). Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar