Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-605/2022 05.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı “Unibank KB ASC”-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Unibank KB ASC”-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı “Unibank KB ASC”-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Cavabdeh onlara olan borcunu tam olaraq ödədiyini bildirmişdir. iddiadan imtina etdiyini və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiadan imtina olunması tələblərin hüquqlarını pozmur və qanuna zidd deyil, ona görə də iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı “Unibank KB ASC”-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-605/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-605/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver