Məhkəmə qərarları › İş №e-2(051)-61/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-61/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-61/2023 11.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: "xxxx" X13 Cəmiyyətininin nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X13 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X13 Cəmiyyəti Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 354,30 (on doqquz min üç yüzəlli dörd ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və İddia ərizəsinin verilməsinə görə 189 (bir yüz səksən doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehdən İddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödəmək şərtilə 25 000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Cavabdehla İddiaçı arasında «xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair» xx.xx.2015-ci il tarixdə Saziş (bundan sonra «Saziş» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən Sazişlə İddiaçı və Cavabdeh sonuncunun Kredit müqaviləsi üzrə Bank qarşısındakı xx.xx.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Beləliklə, Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015-ci il tarixinə 21 697,47 (iyirmi bir min altı yüz doxsan yeddiABŞ dolları 47 sent) ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti xx.xx.2020-ci il tarixinədək uzaldılmışdır. Saziş üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə digər cavabdeh X5 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçi sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilin (bundan sonra “Mənzil” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü iltarixli **********23914/ip №-li İpoteka müqaviləsi (həmin Müqaviləyə xx.xx.2015-ci il tarixli 01 №-li Əlavə Saziş nəzərə alınmaqla) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra – «Bank» adlandırılacaq) Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Sazişdən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarma haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 avqust 2017-ci il tarixli 2(051)- 859/2017 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə Bankın iddiası qismən təmin edilmişdir. Belə ki, Qətnamə ilə Cavabdeh 21647,47 ABŞ doları məbləğində əsas, 4657,52 ABŞ dolları məbləğində hesablanmış faiz və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 26364,99 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X2 mülkiyyətində olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57,67 kv.m yaşayış, 22,68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80,35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilə yönəldilməsi, Mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh Banka olan borcunun ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində rüsum Cavabdeh alınıb iddiaçı ASC "xxxx" Bankının hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. ŞəkiApellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(107)-2418/2017 №-li qətnaməs ilə apelyasiya şikayəti təmin edilmədən, Qətnamə isə dəyişdiriləmədən saxlanılmışdır. Bundan sonra Bank tərəfindən kassasiya şikayəti verilərək Azərbaycan Respublikasının Ali Məhkəməsindən Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(107)-2418/2017 №-li qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 07 senyabr 2018-ci il tarixli 2(102)- 5755/2018 №-li qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş icra mərhələsində olarkən Cavabdeh tərəfindən ödənilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, Mənzil üzərində ipotekaya xitam verilmişdir. Lakin, Cavabdeh Bank qarşısında kredit öhdəliklərini tam icra etmədiyi üçün Kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Sazişin 1.8-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması xx.xx.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Beləliklə, xx.xx.2020-ci il tarixinə bu məbləğ 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları təşkiledir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öztəsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilməsinə qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2021-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2020-ci il) əsas borcun ödənildiyi tarixədək (xx.xx.2021-ci il) olan dövr üçün müvafiq məbləğ 554,84 (beş yüzəlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli, 389 №-li Xəbərdarlıq məktubunun təqdim edilməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı bankın nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, banka olan borcunu tam şəkildə ödəmişdir. İşə xitam verilmişdir. Hesab edir ki, banka heç bir borcu qalmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)- 859/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X2 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2418/2017 saylı 15 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)-859/2017 nömrəli qətnaməsi dəyişdirimədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5755/18 saylı qərarından görünür ki, iddiaçı ASC "xxxx" Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 noyabr 2017-ci il tarixli, 2(107)-2418/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin təşəbbüsü ilə işə əlavə olunmuş 2(051)-859/2017 saylı, 01 avqust 2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X2 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin təşəbbüsü ilə işə əlavə olunmuş icraata başlamaq haqqında 08 dekabr 2017-ci il tarixli qərardan görünür ki, Mingəçevir şəhər icra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X4 06 dekabr 2017-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş 2(051)-859 saylı, 01 avqust 2017-ci il tarixli icra sənədinə baxaraq icraatına başlamışdır. Məhkəmənin təşəbbüsü ilə işə əlavə olunmuş ASC "xxxx" Bankının xx.xx.2019-cu il tarixli Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məktubundan görünür ki, cavabdeh X3 ilə Bank arasında hissə-hissə ödənişlərə dair razılıq əldə edildiyinə görə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-859/2017 saylı qətnaməsi üzrə icra icraatını müvəqqəti dayandırmalarını və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə işə əlavə olunmuş ASC "xxxx" Bankının xx.xx.2020-ci il tarixli Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məktubundan görünür ki, cavabdeh X3 ilə Bank arasında hissə-hissə ödənişlərə dair razılığı pozduğuna görə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(051)-859/2017 saylı qərarının icrasını davam etdirməklərini və bu barədə Banka məlumat verilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə işə əlavə olunmuş ASC "xxxx" Bankının xx.xx.2021-ci il tarixli Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məktubundan görünür ki, qətnamə üzrə ödənilməsi müəyyən edilmiş borc məbləği cavabdehlər tərəfindən ödənildiyindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən göstərilən qətnamə üzrə tərəfindən aparılmaqda olan iş üzrə icraata xitam verilməsini və bu barədə banka məlumat verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında 02 iyul 2014-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 25000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında saziş bağlanmışdır. Sazişə əsasən kredit üzrə əsas borcun məbləği xx.xx.2015ci il tarixinə 21697,47 ABŞ dolları təşkil etmişdir, kreditin qaytarılması müddəti xx.xx.2020ci il tarixinədək uzadılmışdır. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh və ipoteka qoyan arasında həmin tarixdə ipoteka predmeti olan Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində istifadəsində olan 0,16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 22 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)-859/2017 saylı qətnaməsinə ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh 21697.47 ABŞ dolları məbləğdə əsas, 4657.52 ABŞ dolları məbləğdə hesablanmış faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 26364.99 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC "xxxx" Bankına verilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, X2 mülkiyyətində olan, Mingəçevir şəhərinin A.Məmmədov küçəsində olan 0.16 ha torpaq sahəsində yerləşən, 15 nömrəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 57.67 kv.m yaşayış, 22.68 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 80.35 kv.m təşkil edən 5 otaqlı, 22 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi və mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 24 manat rüsum Cavabdeh alınıb ASC "xxxx" Bankının hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi X6 apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2418/2017 saylı 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(051)- 859/2017 nömrəli qətnaməsi dəyişdirimədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. iddiaçı ASC "xxxx" Bank kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli, 2(102)-5755/18 saylı qərarı ilə iddiaçı ASC "xxxx" Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 noyabr 2017-ci il tarixli, 2(107)-2418/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş icraya yönəlmişdir. Bundan sonra cavabdeh tərəf banka olan borcunu tam şəkildə ödəmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İddia ərizəsinin məzmunun da görünür ki, cavabdeh tərəf iddiaçı banka olan borcunu tam şəkildə ödəmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, tələbin ipoteka predmetinə yönəldilməsinə və cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Saziş üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 14 062,28 (on dörd min sıfır altmış iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixinədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 554,84 (beş yüz əlli dörd ABŞ dolları 84 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4 737,18 (dörd min yeddi yüz otuz yeddi ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 354,30 (on doqquz min üç yüzəlli dörd ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və İddia ərizəsinin verilməsinə görə 189 (bir yüz səksən doqquz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehdən İddiaçının xeyrinə tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən kreditin qaytarılma müddətinin bitdiyi tarixdən sonra yenidən həmin kredit müqaviləsi üzrə borcların ona hesablanmış faiz borclarının əldən çıxmış faydanın və penyanın tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin borcu ödədiyi vaxtdan cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» (indiki “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında (indiki icra haqqında) qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. İşin müəyyən olunmuş hallarından da görünür ki, kredit borcunun tutulması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona gərə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də, digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra ərəfəsində isə cavabdeh borcunu tam şəkildə ödəmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdehin onun cavabdeh olmadığı halda kreditorun düşdüyü zərər üçün məsuliyyət daşımır və onun bu halda əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1-ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" X13 Cəmiyyətininin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli **********23914 nömrəli kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair saziş üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində məhkəmə xərci "xxxx" X13 Cəmiyyətindən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360 1**********3944 SWİFT BİK CTREAZ 22). Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar