Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-614/2025 01.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mirağa oğluna qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Mirağa oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış “borcun qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh Mirağa oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 saylı kredit müqaviləsi üzrə 9967.14 manat əsas borc, 1276.26 manat faiz borcu olmaqla, cəmi 11243.40 manat kredit borcunun və ödənilmiş 123.73 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh Mirağa oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 9967.14 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx.xx.2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9967.14 manat əsas borc, 1276.26 manat faiz borcu olmaqla, cəmi 11243.40 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh Mirağa oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli kredit müqaviləsi üzrə 9967.14 manat əsas borc, 1276.26 manat faiz borcu olmaqla, cəmi 11243.40 manat kredit borcunun və ödənilmiş 123.73 manat dövlət rüsumunu alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları : İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mirağa oğlu məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh Mirağa oğlu yazılı izahat verərək, iddia tələbini qəbul etdiyini, işsizsizliklə bağlı kredit borcunu ödəyə bilmədiyini bildirmişdir. Əsas borcu qəbul edir, faiz borcunun yüksək olmasını, bir azaldılmasını, işə onun iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etdi. İş materialları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Mirağa oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh Mirağa oğluna illik 20% faiz olmaqla, 36 ay müddətinə 9967.14 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC–yə aid xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh Mirağa oğlu iddiaçı bankın 28 May filialından 9967.14 manat məbləğində kredit götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Mirağa oğlunun xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 9967.14 manat əsas borc və 1276.26 manat faiz borcu olmaqla, cəmi 11243.40 manat kredit borcu yaranmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh Mirağa oğlu xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli istehlak kredit müqaviləsi üzrə banka xx.xx.2024-cü il tarixdən hər ay 370.41 manat, sonuncu ay 375.69 manat olmaqla xx.xx.2027-ci il tarixinədək ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 123.73 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin faktiki halı : İddiaçı ASC ilə Cavabdeh Mirağa oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh Mirağa oğluna illik 20 faiz hesablanması şərti ilə, 36 ay müddətinə 9967.14 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin 9967.14 manat əsas borc və 1276.26 manat faiz borcu olmaqla, cəmi 11243.40 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Bank ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. İş materiallarına (müqavilə, ödəniş qrafiki) əsasən müəyyən olunur ki, iddiaçı bank tərəfindən xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə 36 ay müddətinə, illik 20% dərəcəsi ilə ödəmək şərti ilə 9967.14 manat məbləğində kredit verilmiş və cavabdeh tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 nömrəli kredit müqaviləsi üzrə 9967.14 manat əsas borc, 1276.26 manat faiz borcu olmaqla, cəmi 11243.40 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 123.73 manat məbləğində pul Cavabdeh Mirağa oğlundan alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Mirağa oğlundan xx.xx.2024-cü il tarixli, RGTK7928268B112 saylı kredit müqaviləsi üzrə 9967.14 (doqquz min doqquz yüz altmış yeddi manat on dörd qəpik) manat əsas borc və 1276.26 (bir min iki yüz yetmiş altı manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 11243.40 (on bir min iki yüz qırx üç manat qırx qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh Mirağa oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123.73 (bir yüz iyirmi üç manat yetmiş üç qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva