Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-649/2024 01.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli 327216-1-31608 nömrəli “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən cavabdehdən 7549.89 manat əsas, 375.80 manat faiz, 119.40 manat cərimə olmaqla, cəmi 8045.49 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 100.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2022ci il tarixli 327216-1-31608 nömrəli “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 24.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10000 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabından “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 8045.09 manat məbləğində borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, xx.xx.2022-ci il tarixli 327216-1-31608 nömrəli “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən cavabdehdən 7549.89 manat əsas, 375.80 manat faiz, 119.40 manat cərimə olmaqla, cəmi 8045.49 manat məbləğində borcun və məhkəməyə müraciət üçün ödənilmiş 100.45 manat dövlət rüsumunun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qəbul etdi və məhkəmə iclası zamanı bildirdi ki, bank ona illik 24.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. İşləmədiyi üçün bu öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borcu yaranmışdır. Hazırda işləyir. Borcunu ödəyəcəkdir. Bununla belə əsas məbləğə hesablanmış faiz və cərimə onun maddi vəziyyətinə uyğun deyil və həmin kredit borcunun faiz və cərimə borcunun azaldılması (güzəşt edilməsi) ilə bağlı banka müraciət etmiş, lakin onlar heç bir köməklik etməmişlər. 2024-cü ilin yanvar- fevral ayında 250 manat, cəmi 500 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən qeyd etdiyi halları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sübutlar: İddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 327216-1-31608 nömrəli “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən Cavabdeh illik 24.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10000 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabından “kart hesabı”na köçürülməklə) verilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə 7549.89 manat əsas, 375.80 manat faiz, 119.40 manat cərimə olmaqla, cəmi 8045.09 manat məbləğində borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə banka 7549.89 manat əsas, 375.80 manat faiz, 119.40 manat cərimə olmaqla, cəmi 8045.09 manat məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 327216-1-31608 nömrəli “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən Cavabdeh illik 24.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10000 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabından “kart hesabı”na köçürülməklə) verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçı bank xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş ünvanlayaraq, ondan 7549.89 manat əsas, 375.80 manat faiz, 119.40 manat cərimə olmaqla, cəmi 8045.09 manat məbləğində banka olan borcunu tələb etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 407.1-ci maddəsinə görə müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.3-cü maddəsinə əsasən oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. 409.1 və 409.4-cü maddələrində göstərilmişdir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. 409.7–409.9-cu maddələrində göstərilmişdir ki, əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli 327216-1-31608 nömrəli müqaviləyə əsasən Cavabdeh 7549.89 (yeddi min beş yüz qırx doqquz manat səksən doqquz qəpik) manat əsas, 375.80 (üç yüz yetmiş beş manat səksən qəpik) manat faiz, 119.40 (bir yüz on doqquz manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 8045.09 (səkkiz min qırx beş manat doqquz qəpik) manat məbləğində borc və 100.45 (bir yüz manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2022-ci il tarixli 327216-1-31608 nömrəli müqaviləyə əsasən Cavabdeh 7549.89 (yeddi min beş yüz qırx doqquz manat səksən doqquz qəpik) manat əsas, 375.80 (üç yüz yetmiş beş manat səksən qəpik) manat faiz, 119.40 (bir yüz on doqquz manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 8045.09 (səkkiz min qırx beş manat doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 100.45 (bir yüz manat qırx beş qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-649/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-649/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver