Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-65/2025 27.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İddiaçı ASC-nin (Ləğv prosesində olan) cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesində olan) cavabdehlər Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 483,60 manat əsas borc, 4,73 manat faiz borcu cəmi 488,33 manat və 30 manat dövlət rüsumu ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesində olan) nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq, cavabdeh tərəfindən borc məbləği tam ödənildiyinə görə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1 və 170.2, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı ASC-nin (Ləğv prosesində olan) cavabdehlər Cavabdeh Dnyamin oğlu və Zamin qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılsın. İşə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin (Ləğv prosesində olan) geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-65/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-65/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver