Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-653/2025 14.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbuluna məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2019-cu il tarixli MF-FKK/07 №-li kredit müqaviləsi üzrə cəmi 249,92 manat, bundan 245,14 manat əsas, 1,27 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% (beş) faizlə hesablanmış 3,51 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKK/07 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 1.997,60 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi etibarnamə əsasında X2 tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli bildiriş məktubu X1 ünvanlanmışdır. Cavabdeh kimi Cavabdeh göstərilmişdir. İddiaçı tərəfindən X2 barədə hər hansı məlumat iddia ərizəsində göstərilməmiş, həmin şəxs barədə şəxsiyyət vəsiqəsindən başqa, hər hansı sənəd kiçik iddia ərizəsinə əlavə edilməmişdir. AR MPM-in 284-3.2.3-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Göründüyü kimi iddiaçı tərəf X2 barədə şəxsiyyət vəsiqəsindən başqa, hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda yalnız həmin sənəd əsasında işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edən sənədləri kiçik iddia ərizəsinə əlavə etmədiyinə görə ərizənin qəbulundan imtina edilməlidir. AR MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə, həmçinin iddiaçının nəzərinə çatdırır ki, kiçik iddialara dair işlər tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, məhkəmə tərəfindən işin obyektiv həll edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsi kifayət qədər əsaslandırılmalı və iddia ərizəsində göstərilən tələbi təsdiq edən sənədlər əlavə edilməlidir. AR MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlərin əlavə edilməməsi əsası ilə kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin iddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina edildikdə iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-653/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-653/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver