Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-699/2024 21.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2019-cu il tarixli 600804-40881/4 nömrəli kredit müqaviləsi üzrə 4491.34 manat əsas borc, 6.80 manat faiz borcu, cəmi 4498.14 manat kredit borcun və ödənilmiş 65.39 manat dövlət rüsumunu alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 600804-40881/4 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 5600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. X2 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X3 dair xx.xx.2020-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X2 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə 05 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən Cavabdeh miras əmlak olan Mingəçevir şəhəri, M.Mahmudov küçəsi, ev 11, mənzil 35-dən və “Mercedes Benz E240” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay almışdır. Bundan sonra X2 vərəsəsi olaraq kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 29 dekabr 2023-cü il tarixinə kredit müqaviləsi üzrə 4491.34 manat məbləğində əsas bоrc və 6.80 manat faiz borcu оlmaqla, ümumilikdə 4498.14 (dörd min dörd yüz doxsan səkkiz manat, on dörd qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Odur ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019cu il tarixli 600804-40881/4 nömrəli kredit müqaviləsi üzrə 4491.34 manat əsas borc və 6.80 manat faiz borcu olmaqla, cəmi 4498.14 manat kredit borcun və ödənilmiş 65.39 manat dövlət rüsumunu alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, X4 onun atasıdır. Atası İddiaçı ASC-dən kredit götürmüşdür. Sonra atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış evi o, öz adına rəsmiləşdirmişdir. Ona görə də borc ondan tələb olunur. O, atasının borcunu ödəməkdən imtina etmir. Hazırda heç bir yerdə işləmir. Maddi imkanı olmadığına görə kredit borcunu tam ödəyə bilməmişdir. Həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar : "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 600804-40881/4 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən X3 illik 29 faiz olmaqla 36 ay müddətinə 5600 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC–yə aid xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh X4 iddiaçı bankın Mingəçevir filialından 5600 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2019-cu il tarixli 600804-40881/4 nömrəli kredit müqaviləsi üzrə 4491.34 manat əsas borc və 6.80 manat faiz borcu olmaqla, cəmi 4498.14 manat kredit borcu yaranmışdır. AZ-İİ seriyalı 107342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 344 nömrə ilə qeyd edilmişdir. 1661 nömrəli xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş məlumata əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh qalmış miras əmlaka dair Mingəçevir Regional “Asan xidmət” Mərkəzində notariat ofisində xx.xx.2020-ci il tarixdə V-385/2020 saylı vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə mərhumun vərəsəsi –oğlu Cavabdeh 2V-185 və 2V-186 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 600804-40881/4 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum X3 illik 29 faiz olmaqla 36 ay müddətinə 5600 manat məbləğində pul (kredit) vermişdir. X4 isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Cavabdeh isə X2 vərəsəsi olmasına və ondan qalmış mirası qəbul etməsinə baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.5–ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1–ci maddəsində göstərilmişdir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2019cu il tarixli, 600804-40881/4 nömrəli kredit müqaviləsi üzrə 4491.34 manat əsas borc 6.80 manat faiz borcu, cəmi 4498.14 manat məbləğində pul cavabdehdən alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 65.36 manat məbləğində pulu mirası qəbul etmiş vərəsə olan Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 600804-40881/4 nömrəli kredit müqaviləsi üzrə 4491.34 manat əsas borc, 6.80 manat faiz borcu, cəmi 4498.14 manat məbləğində borc mirası qəbul etmiş vərəsə olan Cavabdeh alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 65.39 manat pulu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-699/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-699/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver