Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-70/2023 01.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 7722.62 (yeddi min yeddi yüz iyirmi iki manat, 62 qəpik) AZN - 2402.73 (iki min dörd yüz iki manat, 73 qəpik) AZN əsas, 2778.44 (iki min yeddi yüz yetmiş səkkiz manat, 44 qəpik) AZN faiz, 2193.63 (iki min yüz doxsan üç manat 63 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.82 (üç yüz qırx yeddi manat 82 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 97.23 (doxsan yeddi manat 23 qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh İddiaçı KB ASC-ə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 02 avqust 2017-ci il tarixli KM037T08170012S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdehnın kredit üzrə cəmi borcu 7722.62 (yeddi min yeddi yüz iyirmi iki manat, 62 qəpik) AZN təşkil edir. Bundan 2402.73 (iki min dörd yüz iki manat, 73 qəpik) AZN əsas, 2778.44 (iki min yeddi yüz yetmiş səkkiz manat, 44 qəpik) AZN faiz, 2193.63 (iki min yüz doxsan üç manat 63 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.82 (üç yüz qırx yeddi manat 82 qəpik) AZN faiz borcu təşkil edir. Ona görə də Cəmi 7722.62 (yeddi min yeddi yüz iyirmi iki manat, 62 qəpik) AZN - 2402.73 (iki min dörd yüz iki manat, 73 qəpik) AZN əsas, 2778.44 (iki min yeddi yüz yetmiş səkkiz manat, 44 qəpik) AZN faiz, 2193.63 (iki min yüz doxsan üç manat 63 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 347.82 (üç yüz qırx yeddi manat 82 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 97.23 (doxsan yeddi manat 23 qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə 3000 manat məbləğində kredit xətti açmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdehnın banka olan borcu cəmi 7722.62 (yeddi min yeddi yüz iyirmi iki manat, 62 qəpik) manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli 9/8365 nömrəli ekspert rəyindən görünür ki, 2447,52 manat əsas borc, 1009,47 manat faiz borcu, 353,19 manat faiz borcu (5%-lə) müəyyən edilmişdir. Məhkəmə ekspertiza ilə müəyyyən edilmiş əsas borc 2447,52 manat və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlik 353.19 məbləğində borc hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissələrdə iddiadan kənar çıxdığı üçün həmin tələblər iddia ərizsində göstərilən 2402.73 manat əsas borc və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlik 347.82 manat məbləğdə tutulmalıdr. İddia tələbinə faiz borcuna gəldikdə isə məhkəmə hesab edir ki, faiz borcu ekspertiza rəyinə sasən 1009,47 manat müəyyən edilməlidir. Həmçinin cərimə borcu tənasibsiz surətdə yükmək olduğu üçün cərimə də azaldılaraq 50 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2402,73 manat əsas kredit borcu, müqavilənin bitmə tarixinə hesablanmış 1009,47 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlik 347.82 manat və 50 manat məbləğində cərimə borcu alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2402,73 manat əsas kredit borcu, müqavilənin bitmə tarixinə hesablanmış 1009,47 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlik 347,82 manat və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3810,02 manat məbləğində pul alınıb iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 97,23 manat pul alınıb Ləğv prossesində olan İddiaçı ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-70/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-70/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver