Məhkəmə qərarları › İş №e-2(051)-750/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-750/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-750/2023 25.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı 13210,53 manat məbləğində zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azdılması barədə ərizə verərək 10622,12 manat maddi zərərin və 137 manat dövlət rüsumu ödənilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 13 noyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçınə təftiş assistenti vəzfəsinə işə qəbul edilmişdir. 07 may 2021-ci il tarixdə əriəsinə əsasən əmək müqaviləsinə dəyişiklik edilmiş və Cəmiyyətdə ticarət nümayəndəsi kimi fəaliyyətini davam etdirmişdir. Cavabdeh İftxar Süleymanov işçi kimi işə qəbul edilən zaman onunla maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh fəaliyyət göstərdiyi ərazidə olan satış nöqtələrində satış nöqtələrinin nümayəndələrinin, auditin və cavabdehin özünün iştirakı ilə 01-04 mart 2022-ci il tarixlərdə təhvil-təslim işləri aparılmış,təhvil-təslim nəticəsində 10622,12(on min altı yüz iyirmi iki manat on iki qəpik) manat kəsr olması müəyyən edimişdir. Məlum olmuşdur ki, qeyd olunan məbləğ Cavabdeh tərəfindən satış nöqtələrinin səlahiyyətli şəxslərindən Cəmiyyətin kassasına ödənilməsi adı ilə alınmış, lakin kassaya heç bir ödəniş edilməmişdir. 16 iyun 2022-ci il tarixdə Cavabdeh ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. MMC Cavabdeh borclu olduğu həmin pulun ödənilməsi ilə əlaqədar dəfələrlə müraciət etsə də cavabdeh ödəniş etməkdən yayınmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, Cavabdeh vurmuş olduğu 10622,12 manat maddi zərərin və dövlət rüsumu kimi ödənilmiş 137 manat pulun alınıb İddiaçıMMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, o, İddiaçı MMC-də əvvəl təftiş assistenti fəzifəsində işləmiş, 07 may 2021-ci il tarixdən isə ticarət nümayəndəsi kimi işləməyə başlamışdır. Həqiqətən də ticarət nümayəndəsi işlədiyi müddətdə satış nöqtələrindən yığdığı pulu MMC-nin kassasına ödəməmişdir. Nəticədə də araşdırma zamanı onun tərəfindən MMC-yə 10622,12 manat pulu ödəməməsi aşkar olunmuşdur. Həmin pulu hissə-hissə iddiaçıya ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan İddiaçı MMC-nin direktoru ilə Cavabdeh arasında, 07 may 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh həmin tarixdən MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. İşdə olan tərəflər arasında 07 may 2021-ci il tarixdə bağlanmş tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci bəndində göstərilir ki, ticarət nümayəndəsi vəzifəsində işləyən işçi ona həvalə edilmiş maddi (malların və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək üçün maddi məsuliyyəti öz üzərinə götürür. İşə əlavə olunmuş üzləşmə zamanı aşkarlanan əksikgəlmə barədə aktlardan görünür ki, İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh ayrı-ayrı satış nöqtələrindən təhvil götürdüyü cəmi 10622,12 manat pulu MMC-nin kassasına ödəməmişdir. İş əlavə edilmiş İddiaçı MMC-nin direktorunun 243/k-x-01 №-li xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, ticarət nümayəndəsi vəzifəsində işləyən Cavabdeh ilə əmək müqaviəsinə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində əmək müqaviləsi ilə MMC-də işləmiş və aralarında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış cavabdehin vəzifəsini lazımi qaydada icra etəməməsi nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinə əsasən saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamtlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəməyə təqdim edilmiş sübutlarla cavabdeh tərəfindın iddiaçıya zərər vurulması təsdq olunur. Qeyd edilən qanunlara əsasən iddiaçı vurulmuş zərərin ödənilməsi tələbində haqlıdır. Bundan əlavə məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək hərəkətləri ilə iddiaçıya 10622,12 manat zərər vurduğunu bildirdi. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, cavabdeh tərəfindən iddianın etirf edilməsini təsdiq edərək belə nəticəyə gəlir k, iddia təmin olunalı, cavabdehdən 10622,12 manat maddi zərər alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 137 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 10622,12(on min altı yüz iyirmi iki manat on iki qəpik)manat maddi zərər, dövlət rüsumu kimi ödənilmiş 137(bir yüz otuz yeddi) manat alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar