Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-768/2024 09.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 293,00 AZN məbləğində əsas borcu, 277,00 AZN məbləğində hesablanmış gecikmə faiz borcu, cəmi 570,00 AZN məbləğində borcu və ödənilmiş 30,00 AZN dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində mənə mağazadan aylara bölünmüş şəkildə ödəməklə razılaşdırılmış Alqı-Satqı ilə əlaqədar müraciətlər etmişdir. Cavabdehin müraciətlərinə müvafiq olaraq onunla mənim aramda xx.xx.2021-ci il tarixli 2174 saylı və xx.xx.2021-ci il tarixli 2505 saylı Alqı-Satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən borclu, 2.1 bəndində göstərilən pul məbləğlərini 12 (on iki) ay müddətinə hissə-hissə ödəmək şərti ilə xx.xx.2021-ci il tarixli 2174 saylı müqavilədə 703,00 AZN (yeddi yüz üç manat)məbləğində bir ədəd mobil telefon -"Samsung A41 64GB" və xx.xx.2021-ci il tarixli 2505 saylı müqavilədə 698,00 AZN (altı yüz doxsan səkkiz manat)məbləğində bir ədəd mobil telefon -" Samsung A41 64GB” alışları məqsədilə borclanmışdır. Borclu 2174 saylı Alqı-Satqı müqaviləsinin bağlandığı müddətdən 703,00 AZN (yeddi yüz üç manat) məbləğində borcdan 588,00 AZN (beş yüz səksən səkkiz manat), 2505 saylı Alqı-Satqı müqaviləsinin bağlandığı müddətdən 698,00 AZN (altı yüz doxsan səkkiz manat) məbləğində borcdan 520,00 AZN (beş yüz iyirmi manat) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclu iki müqavilə üzrə mağazaya ödənilməmiş 293,00 AZN (iki yüz doxsan üç manat)məbləğində əsas borcu, müqavilələrin 6.1. bəndinə əsasən iki müqavilə üzrə toplam 277,00 AZN (iki yüz yetmiş yeddi manat)məbləğində hesablanmış gecikmə borcu, cəmi 570,00 AZN (beş yüz yetmiş manat) borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 2174 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 703 manat məbləğində bir ədəd telefon "Samsung A41 64GB" və xx.xx.2021-ci il tarixli 2505 saylı müqaviləyə əsasən isə 698,00 AZN (altı yüz doxsan səkkiz manat)məbləğində bir ədəd mobil telefon -" Samsung A41 64GB” nisyə satmışdır. İşdə olan aktdan görünür ki, “Minor Electronics"-in Mingəçevir şəhər filialı tərəfindən xx.xx.2021-ci il tarixdə Telefon “Samsung A41 64 Gb” qüsursuz zədəsiz təhvil verildi. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021xx.xx.2022-ci il tarixlər ərzində hər ay 50 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan bildirişdən görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə 293 manat məbləğində əsas, 277 manat məbləğində hesablanmış gecikmə faiz borcu olmaqla, ümumilikdə 570 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2174 saylı və xx.xx.2021-ci il tarixli 2505 saylı müqavilələrə görə cavabdehin 2 ədəd "Samsung A41 64GB" üçün cəmi 293 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehdən 277 manat məbləğdə əsas borc alınmalı, lakin hesablanmış faiz borcu müqavilədə nəzərdə tutulmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “borc müqaviləsi” adlandırılmış müqavilənin ümumi mətninə nəzər yetirən zaman müəyyən edilir ki, həmin müqavilə borc müqaviləsi adlandırılsa da, əslində cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla belə müqavilədə borcun faizləri ilə verilməsi şərtləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2021ci il tarixli 2174 saylı və xx.xx.2021-ci il tarixli 2505 saylı nisyə alqı-satqı müqavilələri üzrə cəmi 293 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir, iddia tələbi 277 manat məbləğində faiz alınması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30,00 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 2174 saylı və xx.xx.2021-ci il tarixli 2505 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən ümumilikdə 293 (iki yüz doxsan üç) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,00 (otuz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-768/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-768/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver