Məhkəmə qərarları › İş №e-2(051)-770/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-770/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-770/2024 05.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, mərhum İsmayılov İsmayıl Həmzə oğlunun mirası Cavabdeh tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li Kredit müqaviləsi üzrə borc alan İsmayılov İsmayıl Həmzə oğlunun iddiaçı ASC "Xalq” Bankı qarşısında 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumu kimi 70 (yetmiş) manat pulun Cavabdeh iddiaçı ASC "xxxx"nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, "xxxx" ASC ilə İsmayılov İsmayıl Həmzə oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi») müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilinəsi şərtilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-ci maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh İ.H.İsmayılov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan İsmayılov İsmayıl Həmzə oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsi Banka qaytarılmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödənilməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə İ.H.İsmayılovun Kreditor qarşısında gecikdirilıniş borcu 4937,17 (dörd min doqquz yüz otuz yeddi manat 17 qəpik) manat təşkil edir ki, bunun da 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 53,31 (əlli üç manat 31 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması güzəşt edilərək xx.xx.2023-cü il tarixdən etibarən 6 (altı) ay müddətinə Borc alanın xeyrinə dayandırılmış, xx.xx.2024-cü il tarixdən isə adi faizlərinin və penyanın hesablanması bərpa edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə bu məbləğ 7,38 (yeddi manat 38 qəpik) manat təşkil edir. İ.H.İsmayılovun vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi vaxtı keçmiş əsas borcun məbləği 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2024-cü il tarixinə tələblərinin ümumi məbləği isə 4937,17 (dörd min doqquz yüz otuz yeddi manat 17 qəpik) manat təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, Borc alan İsmayılov İsmayıl Həmzə oğlu oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bu hal Mingəçevir regional "Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 367261 nömrəli Ölüm haqqında Şəhadətnamə ilə təsdiq edilir. H.İ.İsmayılov vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra onun adına hər-hansı əmlakın olub-olmaması müəyyən etmək üçün Bank tərəfindən vəkil vasitəsilə aidiyyəti dövlət idarələrinə sorğular göndərilmiş və müvafiq sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli məktub vasitəsilə (məktubun surəti əlavə olunur) İsmayılov İsmayıl Həmzə oğlunun adına Mingəçevir şəhəri, Aleksandr Puşkin küçəsi, ev 10, 19 saylı mənzil (ümumi sahəsi 47.5 k.m, yaşayış sahəsi 32.8 k.m) qeydiyyatdan keçməsi və mülkiyyətində olması barədə məlumat daxil olmuşdur. Bundan sonra mərhum H.İ.İsmayılovdan qalmış mirasın kim tərəfindən qəbul edildiyini müəyyən etmək məqsədilə Bank tərəfindən mərhum H.İ.İsmayılovun mirasına daxil olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən ev 10, 19 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan şəxslər, eləcə də həmin mənzilə kommunal xidmətlərin göstərilməsi (telefon xidməti) və kommunal xidmətlər üçün haqların (telefondan istifadə haqqının), mənzilə görə əmlak vergisinin, mənzildə sudan və elektrik enerjisindən istifadə haqqı kim tərəfindən ödənilməsi, habelə mənzil ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat almaq üçün müvafiq olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə, Mingəçevir Şəhər Bələdiyyəsinə, Azərsu ASC-in “Mingəçevir Sukanal İdarəsinə", “Azəriqaz" X1 Şəhər Qaz İstismar Sahəsinə, “Azərişıq" ASC-niıı Mərkəzi-Aran RETSİ-nə, “Aztelekom” X3 Şəhər Telekommunikasiya Qovşağına sorğu ilə müraciət edilmiş, habelə. Mingəçevir Regional “Asan xidmət" mərkəzinin notariat ofisinə vəkil sorğusu göndərilmişdir. "xxxx" ASC-nin Mərkəzi-Aran RETSİ-dən Banka daxil olmuş cavab məktublarında müvafiq olaraq hazırda mərhum İsmayılov İsmayıl Həmzə oğlunun evinin yeni sahibi ad dəyişmə ilə əlaqədar X2 müraciət etmədiyinə görə istehlak olunmuş elektrik enerjisinə görə ödənişlər H.İ.İsmayılovun adına qaldığı və hal-hazırda həmin evdə yaşayış olduğu bildirilmişdir. Mingəçevir Şəhər Polis Şöbəsindən Banka daxil olmuş 14.11,2023-cü il tarixli cavab məktubunda ünvan 1 ünvanında hal-hazırda mərhum H.İ.İsmayılovun həyat yoldaşı Cavabdeh yaşadığı bildirilmişdir. Bundan başqa Mingəçevir Regional “Asan xidmət" mərkəzinin notariat ofisinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq isə bildirilmişdir ki, H.İ.İsmayılovun adına vərəsəlik işi açılmamış, vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Sənədlə təsdiq olunan mövcud faktlar sübut edir ki, borc alan H.İ.İsmayılovun arvadı Cavabdeh borc alanın vəfatından sonra miras qalmış və yuxarıda qeyd edilən daşınmaz əmlaka sahiblik və onu idarə etməyə faktiki olaraq başlamışdır. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 98/2-34444 №-li məktubunda Cavabdeh yuxarıda qeyd edilən evdə yaşadığı göstərilir. Həmçinin Cavabdeh həmin mənzildə qeydiyyatda olması faktı DİN BPQMİ-in MAPS şöbəsinin arayışı (iddia ərizəsinə qoşma şəklində əlavə edilibdir) ilə təsdiq edilir. Qeyd edilən hallar Cavabdeh tərəfindən miras əmlakın öz mülkiyyətində saxlanılması üzrə iradə ifadəsi və mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlar birmənalı şəkildə təsdiq edir ki. ünvan 1 ünvanında yerləşən ev hal-hazırda Cavabdeh mülkiyyətindədir. Odur ki, mərhum İsmayılov İsmayıl Həmzə oğlunun mirası Cavabdeh tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li Kredit müqaviləsi üzrə borc alan İsmayılov İsmayıl Həmzə oğlunun iddiaçı ASC "Xalq Bankı” qarşısında 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu. 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumu kimi 70 (yetmiş) manat pulun Cavabdeh iddiaçı ASC "xxxx" nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar : "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İsmayılov İsmayıl Həmzə oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/003N05A01975423 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən İsmayılov İsmayıl Həmzə oğluna illik 14 faiz olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İsmayılov İsmayıl Həmzə oğlu kredit məbləğinin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixi ərzində ödənilməsinə razı olmuşlar. İsmayılov İsmayıl Həmzə oğlu həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. Mingəçevir Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılov İsmayıl Həmzə oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DXDƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin məlumatına əsasən İsmayılov İsmayıl Həmzə oğlunun adına Migəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 10, mənzil 19 ünvan qeydiyyatdan keçirilmişdir və hazırda mülkiyyətindədir. Mərkəzi Aran RETSİ Mingəçevir ES tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01474 nömrəli xidməti məlumata əsasən Migəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 10, mənzil 19 ünvanına 2008-ci ilin iyul ayında İsmayılov İsmayıl Həmzə oğlunun adına qabaqcadan ödənişli sayğac qurlaşdırılmışdır. Sonra evin yeni sahibi ad dəyişmə ilə əlaqədar Mingəçevir ES-nə müraciət etdiyinə görə elektrik enerjisinin ödənişləri İ.İsmayılovun adına qalmışdır. Hal-hazırda mənzildə yaşayış qeyd olunur. İşin müəyyən olunmuş halları: İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla İsmayılov İsmayıl Həmzə oğlu arasında xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum İsmayılov İsmayıl Həmzə oğluna illik 14% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində pul (kredit) vermişdir. İsmayılov İsmayıl Həmzə oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X4 Həmzə oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh onun faktiki vərəsəsi olmuşdur. Ona görə də iddiaçı bankın Cavabdeh qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.5–ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1–ci maddəsində göstərilmişdir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsində göstərilmişdir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 nömrəli kredit müqaviləsi üzrə mərhum İsmayılov İsmayıl Həmzə oğlunun mirası Cavabdeh tərəfindən faktiki qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli DKM/003N05A01975423 №-li Kredit müqaviləsi üzrə borc alan İsmayılov İsmayıl Həmzə oğlunun iddiaçı ASC "Xalq Bankı” qarşısında 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu. 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14% (on dörd faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumu kimi 70 manat pul Cavabdeh alınıb iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 manat pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum İsmayılov İsmayıl Həmzə oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/003N05A01975423 nömrəli kredit müqaviləsi üzrə 4883,86 (dörd min səkkiz yüz səksən üç manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, 53,31 (əlli üç manat 31 qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 14 % (on dörd faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 7,38 (yeddi manat 38 qəpik) manat məbləğində penya, cəmi 4944,55 (dörd min doqquz yüz qırx dörd manat 55 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar