Məhkəmə qərarları › İş №e-2(051)-782/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-782/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-782/2025 05.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən 14989.16 manat məbləğində kredit borcu, 1678.82 manat məbləğində faiz borcu və 282.15 manat məbləğində cərimə olmaqla, xx.xx.2022-ci il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsassən 499.49 manat məbləğində kredit borcu, 52.46 manat məbləğində faiz borcu və 88.81 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 17590 (on yeddi min beş yüz doxsan) manat 89 (səksən doqquz) qəpik məbləğində borcun və ödənilmiş 142.77 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylıərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmimin) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 002A**********S saylı, xx.xx.2023-cü il tarixli 002A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5010.84 manat ödəniş etmiş və onun iddiaçıya 14989.16 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 153 gün üçün hesablanmış faiz borcu 1678.82 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 153 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 282.15 manat təşkiledir. Bundan başqa Cavabdeh AccessBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X1 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh əsas borcu üzrə 499.49 manat məbləğində kredit borcu qalmışdır. Kart Krediti müqaviləsinin 3.7-ci bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 337 gün üçün hesablanmış cərimə borcu 88.81 manat, faiz borcu isə 52.46 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş ancaq məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmimin) manat məbləğində kredit götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 002A********** saylı müqavilə üzrə banka 14989,16 manat əsas borc, 1678,82 manat faiz borcu və 282,15 manat cərimə borcu olmaqla, cəmi 16950,13 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağladığı 002KK**********01 saylı kart kredit müqaviləsinə əsasən, “X1 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. İşdə olan Cavabdeh əsas borcu üzrə 499.49 manat məbləğində kredit borcu qalmışdır. Kart Krediti müqaviləsinin 3.7-ci bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 337 gün üçün hesablanmış cərimə borcu 88.81 manat, faiz borcu isə 52.46 manat təşkil edir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixdə bağladığı 002KK**********01 saylı kart kredit müqaviləsi üzrə banka 499,49 manat əsas borc, 88.81 manat, faiz borcu isə 52.46 manat cərimə borcu olmaqla, cəmi 16950,13 manat məbləğində borcu vardır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə hər iki müqavilə üzrə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı ərizəyə əsasən əsasən, bank cavabdehə aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmimin) manat məbləğində kredit verilmiş, eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə bağladığı 002KK**********01 saylı kart kredit müqaviləsinə əsasən, “X1 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər iki müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən 14989.16 manat məbləğində kredit borcu, 1678.82 manat məbləğində faiz borcu və 282.15 manat məbləğində cərimə olmaqla, xx.xx.2022-ci il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsassən 499.49 manat məbləğində kredit borcu, 52.46 manat məbləğində faiz borcu və 88.81 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 17590 (on yeddi min beş yüz doxsan) manat 89 (səksən doqquz) qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış xx.xx.2022-ci i tarixli müqavilə üzrə 282,15 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 88,81 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı və müvafiq olaraq müqavilə üzrə 20 manat və 10 manat miqdarında saxlanılmalıdır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən 14989.16 manat məbləğində kredit borcu, 1678.82 manat məbləğində faiz borcu və 282.15 manat məbləğində cərimə olmaqla, xx.xx.2022-ci il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsassən 499.49 manat məbləğində kredit borcu, 52.46 manat məbləğində faiz borcu və 88.81 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 17590 (on yeddi min beş yüz doxsan) manat 89 (səksən doqquz) qəpik məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsinə əsasən 14989.16 manat məbləğində kredit borcu, 1678.82 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə olmaqla, xx.xx.2022-ci il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsassən 499.49 manat məbləğində kredit borcu, 52.46 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 17249,93 (on yeddi min iki yüz qırx doqquz manat doxsan üç qəpik) manat məbləğində pul tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 141,75 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən 14989.16 (on dörd min doqquz yüz səksən doqquz manat on altı qəpik) manat əsas borc, 1678.82 (bir min altı yüz yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, xx.xx.2022-ci il tarixli 002KK**********01 saylı kart kredit müqaviləsinə əsassən 499.49 (dörd yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində əsas kredit borcu, 52.46 (əli iki manat qırx altı qəpik) manat məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 17249,93 (on yeddi min iki yüz qırx doqquz manat doxsan üç qəpik) manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 141,75 (bir yüz qırx bir manat yetmiş beş qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar