Məhkəmə qərarları › İş №e-2(051)-784/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-784/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-784/2025 17.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: “Ata Bank» ASC (Ləğv prosesindədir)-nin nümayəndəsi X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı “Ata Bank» ASC (Ləğv prosesindədir)-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Ata Bank» ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cəmi 3.978,47 (üç min doqquz yüz yetmiş səkkiz manat 47 qəpik) manat – bundan 3.901,79 (üç min doqquz yüz bir manat 79 qəpik) manat əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş) faiz76,68 (yetmiş altı manat 68 qəpik) manat, iş üzrə ödənilmiş 59,78 (əlli doqquz manat 78 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 51 (əlli bir) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdehməxsus Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə çıxarasınız . İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKL/30 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 8.595,00 (səkkiz min beş yüz doxsan beş) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 13 Sentyabr 2019-cu il tarixli SONRAKİ ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli № ********** saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-S-41-593/2025 saylı xx.xx.2025-ci tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir . Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehl tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 3.978,47 (üç min doqquz yüz yetmiş səkkiz manat 47 qəpik) manat təşkil edir. Bundan 3.901,79 (üç min doqquz yüz bir manat 79 qəpik) manat əsas və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%(beş) faiz 76,68 (yetmiş altı manat 68 qəpik) manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir)–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Bununla belə, bildirdi ki, cavabdeh son zamanlarda heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etmiş və izahatında bildirmişdi ki, 3901,79 manat borc hesablanmışdır. Bununla belə, bildirdi ki, borcu təxminən 16 il bundan əvvəl götürmüşdür. İndiki halda o qədər borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Lakin həmin məbləği hissə-hissə ödəyə bilər. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Ata Bank» ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FKL/30 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 8595 (səkkiz min beş yüz doxsan beş) manat məbləğində kredit verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi Cavabdeh tam mülkiyyətindədir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-129/2020 saylı, 30 aprel 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, “Ata Bank» ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratoriumun tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. İşdə olan 22 may 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli MF-FKL/30 saylı kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 18 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, 60 ay müddətində 1% ödəmək şərtilə, 12 ay güzəşt müddəti müəyyən edilməklə aylıq 182,74 manat ödəniş etmək şərtilə Cavabdeh 8595 manat məbləğində kredit verilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh tam mülkiyyətində olan Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi “Ata Bank» ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin icrasının təminatı kimi "xxxx" ASC–nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025–ci il tarixli 02-132/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evinin bazar dəyəri 48.000 manat, likvid dəyəri 43.000 manat təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən ƏMDK yanında DƏDRX–nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, bank kredit borcunun ödənilməsinə və ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından olan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli bildirişin qeydə alınması üçün 59,78 manat rüsum ödənilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli MF- FKL/30 kredit müqaviləsi üzrə xx.xx.2025-cı il tarixə banka olan əsas kredit borcu 3.901,79 manat əsas, 76,68 manat faiz olmaqla, cəmi 3.978,47 manat təşkil edir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024–cü il tarixli bildirişdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında cavabdehə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, MF-FKL/30 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə həmin müqaviləyə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 8595 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyətində olan Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh iddiaçı banka xx.xx.2019-cu il tarixli MF-FKL/30 saylı kredit müqaviləsi üzrə cəmi 3901,79 (üç min doqquz yüz bir manat yetmiş doqquz qəpik) manat əsas, 79 (yetmiş doqquz) manat faiz borcu olmaqla ümumilikdə 3980,79 (üç min doqquz səksən manat yetmiş doqquz qəpik) manat borcu yaranmışdır. Ona görə də iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş, likvid dəyəri isə 43000 manat olan, cavabdehin mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, MF-FKL/30 saylı kredit müqaviləsinə əsasən, predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 1 faiz olmaqla, 60 ay müddətinə 8595 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyətində olan Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “Ata Bank» ASC (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). İddiaçı bankla cavabdehlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı “Ata Bank» ASC (Ləğv prosesindədir)–nin cavabdehə qarşı əmələ gəlmiş borc tələbi onun tam mülkiyyətində olan Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evi açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası MM–nin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2025–ci il tarixli 02-132/25 nömrəli rəyi ilə ipoteka predmetinin bazar dəyəri 48.000 manat, likvid dəyəri isə 43.000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 43.000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 59,78 manat dövlət rüsumu pul cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 300 manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “Ata Bank» ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, MF-FKL/30 saylı kredit müqaviləsi üzrə 3901,79 (üç min doqquz yüz bir manat, yetmiş doqquz qəpik) manat əsas, 76,63 (yetmiş altı manat altmış üç qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3978,47 (üç min doqquz yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) manat məbləğində pul Cavabdeh alınıb iddiaçı “Ata Bank» ASC (Ləğv prosesindədir)–yə verilsin. Tələb, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX şəxs tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh tam mülkiyyətində olan, Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi, ev 4 B, 62.4 kv.m. ümumi, 25.0 kv.m. yaşayış, 37.4 kv. m. yardımçı, 2 otaqdan ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 43.000 (qırx üç min) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 3978,47 (üç min doqquz yüz yetmiş səkkiz manat, qırx yeddi qəpik) manat məbləğində pul alınıb “Ata Bank» ASC (Ləğv prosesindədir)–yə verilsin. Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh alınaraq “Ata Bank» ASC (Ləğv prosesindədir)-nin xeyrinə ödənilsin. Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 59,78 (əlli doqquz manat, yetmiş səkkiz) manat xidmət haqqı alınıb “Ata Bank» ASC (Ləğv prosesindədir)–yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 (əlli bir) manat pul alınıb “Ata Bank» ASC (Ləğv prosesindədir)– yə verilsin. Cavabdeh məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci alınıb, "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar