Məhkəmə qərarları › İş №e-2(051)-787/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-787/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-787/2023 16.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FUN/141 saylı kredit müqaviləsinə bağlanmışdır. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun xx.xx.2019-cu il tarixli, MF-FUN/141 saylıkredit müqaviləsinə əsasən əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 1 (bir) il güzəşt müddəti olmaqla 5 (beş) il müddətində, illik 01% olmaqla 3106 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Cavabdeh üzrə müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla cavabdeh X2 arasında müvafiq olaraq, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh təşkilata xx.xx.2019-cu il tarixli, MF-FUN/141 saylı kredit müqaviləsi üzrə 3106 manat əsas kredit borcu, 93.13 manat faiz borcu, 0.05 qəpik cərimə borcu olmaqla, cəmi 3199.18 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən Cavabdeh ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FUN/141 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh və X1 xx.xx.2019-cu il tarixli, MF-FUN/141 saylı kredit müqaviləsi üzrə 3106 manat əsas kredit borcu, 93.13 manat faiz borcu, 0.05 qəpik cərimə borcu olmaqla, cəmi 3199.18 manat borcu və iş üzrə ödənilmiş 51.99 manat dövlət rüsumunun tutularaq iddiaçı banka ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçının dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini araşdıraraq müəyyən etdi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1 və 170.2, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar