Məhkəmə qərarları › İş №e-2(051)-795/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-795/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-795/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: BOKT İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı BOKT İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2970.39 manat əsas borc, 1420.41 manat faiz borcu olmaqla, cəmi 4390.8 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 63.9 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-795/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 2970.39 manat əsas borc, 1420.41 manat faiz borcu olmaqla, cəmi 4390.8 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 63.9 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-795/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-795/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı ilə yenidən baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı 3377.51 manat əsas borc, 1420.41 manat faiz borcu, cəmi 4797.92 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-MİN-21 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli 2-xx.xx.2014-MİN56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 24%-lə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında 09 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 iddiaçıya olan ödənilməmiş əsas borcu 2970.39 manat, faiz borcu 1420.41 manat olmaqla, cəmi borcu 4390.8 (dörd min üç yüz doxsan manat səksən qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 ölmüşdür. Odur ki, məhkəmədən iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-795/2023 saylı xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh2 və ona qarşı kredit borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 və ondan 2970.39 manat əsas borc, 1420.41 manat faiz borcu olmaqla, cəmi 4390.8 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 63.9 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Lakin onun həmin qətnamədən xəbəri olmamışdır. O, Mingəçevir şəhərində qeydiyyatda olsa da Yevlaxda yaşamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2015-ci ildə ölmüşdür. Mərhum Cavabdeh2 isə vərəsəsi vardır və o, mərhumun mirasını qəbul etmişdir. Vərəsəsi olduğu halda zamini olaraq borcun onun tərəfindən ödənilməsinə razı deyildir. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq məhkəmədən iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini və iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 iddia ərizəsi verilməmişdən əvvəl öldüyü müəyyən edildiyindən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi ona münasibətdə xitam edilmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı deyildir. Belə ki, işdə olan "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli 2-xx.xx.2014-MİN56 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay müddətinə illik 24 faiz olmaqla 4000 manat məbləğində kredit vermişdir. İşdə olan 09 sentyabr 2014-cü il tarixli 2-xx.xx.2014-MİN56 nömrəli zaminlik müqaviləsindən görünür ki, 09 sentyabr 2014-cü il tarixli 2-xx.xx.2014 nörməli kredit müqaviləsinə əsasən 4000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2017-ci il tarixli S-FK-MİN-21 saylı təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlər satın alınmışdır. İşdə olan "xxxx" ASC-dən İddiaçı QSC BOKT-a xx.xx.2017-ci il tarixli, S-FK-MİN-21 saylı aktla təhvil verilmiş Cavabdeh2 kredit borcunun xx.xx.2021-ci il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, faktiki qalıq borcları 2970.39 manat, 1420.41 manat olmaqla, iddia məbləği 4390.8 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 198 № ilə qeyd edilmişdir. Beləlilklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli 2-xx.xx.2014-MİN56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 24%-lə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında 09 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuşdur və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla birgə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Əsas borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İddiaçı Cavabdeh2 ödənilməmiş 2970.39 manat əsas borcu, 1420.41 manat faiz borcu olmaqla, cəmi 4390.8 (dörd min üç yüz doxsan manat səksən qəpik) manat borcunun digər cavabdeh, zamin Cavabdeh1 tutulmasını xahiş etmişdir. Cavabdeh1 isə iddia tələbini qəbul etməmiş və məhkəmədən iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə zaminlik müqaviləsi əsasında yaranmış zaminliyə xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli 2-xx.xx.2014-MİN56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 24%-lə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında 09 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2017-ci il tarixə qədər müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə əsas borcluya və zaminə qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Zaminə qarşı isə qanunla müəyyən edilmiş müddət ərzində tələb irəli sürülməmişdir. Həmçinin əsas borclu, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi Cavabdeh2 münasibətdə xitam edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da aydın görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC-nin Mingəçevir filialı arasında 09 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. İddiaçı isə qanunla müəyyən edilmiş öhdəliyin icrası müddəti kimi nəzərdə tutulmuş, nə 36 ay (üç il) müddətində, nə də ondan sonraki 1 il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh1 ilə "xxxx" ASCnin Mingəçevir filialı arasında 09 sentyabr 2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsi əsasında yaranmış zaminliyə xitam verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh1 qarşı kredit borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar