Məhkəmə qərarları › İş №e-2(051)-80/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-80/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-80/2023 08.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində borcun tutulması, tutmanın Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, AZ5009, Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 298 (iki yüz doxsan səkkiz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 06 iyul 2017-ci il tarixli İP172 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 350 ay müddətinə 70,000 (yetmiş min) manat məbləğində ipoteka krediti verilmişdi. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Borcalan arasında 07 iyul 2017-ci il tarixli İP172 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla: AZ5009, Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinəyüklü edilmişdir. tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə asas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə Bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, cavabdeh banka olan kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. Hazırkı tarixə cavabdehin borcu kredit üzrə cəmi borcu 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı “«Paşa bank” ASC–nin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 06 iyul 2017-ci il tarixli İP 172 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla 350 ay müddətinə 70,000 (yetmiş min) manat məbləğində ipoteka krediti verilmişdi. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2015–ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan № ******* saylı xx.xx.2017-cı il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ASC– nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən ƏMDK yanında DƏDRX–nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bank kredit borcunun ödənilməsinə və ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından olan çıxarışın surətindən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli bildirişin qeydə alınması üçün 15 manat rüsum ödənilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-xx.xx.2046-cı il tarixləri ərzində hər ay 339,15 manat ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-cı il tarixə banka olan əsas kredit borcu 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat təşkil edir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022–ci il tarixli bildirişdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8020 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka olan borcu 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022–ci il tarixli 320/PSHB/22 nömrəli rəyindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 140000 manat, likvid dəyəri isə 120000 manat təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh ilə iddiaçı bank arasında xx.xx.2017-cı il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə illik faiz dərəcəsi 4% olmaqla 350 ay müddətinə 70,000 (yetmiş min) manat məbləğində ipoteka krediti verilmişdi. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh iddiaçı banka xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-cı il tarixə banka olan əsas kredit borcu 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat borcu yaranmışdır. Ona görə də iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş, likvid dəyəri isə 120000 manat olan, cavabdehin mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında 06 iyul 2017-ci il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 4 faiz olmaqla 350 ay müddətinə 70000 manat məbləğində ipoteka krediti vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8019 saylı ekspert rəyi iddiaçının tələb etdiyi məbləğdən artıq olduğundan, tələbin iddia ərizəsində qeyd olunduğu formada təmin olunası məqsədə müvifiq hesab edir. AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdehndan tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). İddiaçı bankla cavabdeh arasında bağlanmış xx.xx.2015–ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericilikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ASC–nin cavabdehə qarşı əmələ gəlmiş borc tələbi onun tam mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası MM–nin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2022–ci il tarixli 320/PSHB/22 nömrəli rəyi ilə ipoteka predmetinin bazar dəyəri 140000 manat, likvid dəyəri isə 120000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 120000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş əmlak satıldıqdan sonra cavabdehin həmin əmlakdan çıxarılması və həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 ay ərzində mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ASC–nin cavabdehə qarşı əmələ gəlmiş borc tələbi cavabdehlərə məxsus ipoteka predmetinə yönəldilməli və açıq hərracdan satıldıqdan bir ay sonra cavabdeh həmin əmlakdan çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 15 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 298 manat dövlət rüsumları cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehdən tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 iyul 2017-ci il tarixli İP172 nömrəli kredit müqaviləsi üzrə 66,297.40 (altmış altı min iki yüz doxsan yeddi manat, qırx qəpik) manat əsas borcu, 2,561.04 (iki min beş yüz altmış bir manat, dörd qəpik) manat faiz borcu, 174.85 (bir yüz yetmiş dörd manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,033.29 (altmış doqquz min otuz üç manat, iyirmi doqquz qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ASC–yə verilsin. Tələb, Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDKR publik hüquqi şəxs tərəfindən RX seriyalı ******* nömrəli, **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh tam mülkiyyətində olan, Sumqayıt şəhəri, 21-ci mikrorayon 241, yeni qaydalarla Sumqayıt şəhəri, Qobustan küçəsi, 11 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 69,033,29 (altmış doqquz min otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra mənzil boşaldılsın və İddiaçı ASC–yə təhvil verilsin. Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 15 (on beş) manat və 30 manat xidmət haqqı alınıb İddiaçı ASC–yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 298 (iki yüz doxsan səkkiz) manat pul alınıb İddiaçı ASC–yə verilsin. İddiaçı ASC-dən məhkəmə-əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 150 (bir yüz əlli) manat və Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdeh məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadəı edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar