Məhkəmə qərarları › İş №e-2(051)-81/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-81/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-81/2023 12.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə X1 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertiza mərkəzinin İqtisadi ekspertizaları şöbəsçinin eksperti X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcun və 154 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı KB ASC-ə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20000 manat məbləğində 36 ay müddətinə, 25 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bnk pul öhdəliyinin vaxtından əvvəll icrasını tələb edə bilər. Hazırda cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli kredit sazişindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit vermişdir. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən manat məbləğində pulu şəxsən almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı banka 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq ondan həmin pul məbləği tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. İş üzrə təyin edilmiş mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7927 nömrəli və iş üzrə təyin edilmiş təkrar mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tariixli 9/976 nömrəli rəylərindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsinin verildiyi, yəni xx.xx.2022-ci il tarixə borcü 17.873,85 manat əsas, 2.776,87 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2021–ci il tarixdə kredit sazişi, yəni etibarlı şəkildə borc müqaviləsi bağlanmış, həmin sazişə əsasən bank cavabdehə 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit (borc) vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcu qalmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit (borc) pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka ödənilməmiş 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/976 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş^pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2019-cu il tarixli 900808-804732/1 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 20.650,72 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il tarixə əsas borc üzrə-1787385 manat, faiz borcu üzrə 2776.87 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, xx.xx.2021–ci il tarixli kredit müqaviləsi ləğv edilməli və cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 18086.46 manat əsas borc alınmalı, lakin faiz pulu ekspertiza rəyinə əsasən 2776.87 manat məbləğində müəyyən edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertiası üzrə rəy vermiş ekspert X4 məhkəmədə dindirilmiş və əsas borcun hansı formada silinməsini sübut etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertiza mərkəzinin İqtisadi ekspertizaları şöbəsçinin eksperti X4 iş kredit müqaviləsi üzrə əsas borcu MM-nn 432-ci maddəsinin tələbinə əsasən silməsini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 432-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası MM-nin 432-ci maddəsinin mənasından da görünür ki, MM-nin 432-ci maddəsi öhdəliyin hissə-hissə icra edilməsini tənzimləyir və bu şərtləri müəyyən edir; ilk növbədə borclu öhdəliyi hissə-hissə icra edə bilməsi kreditorun razılığının olması; müqavilənin şərtlərində nəzərdə tutulması; bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilməsi və bir neçə öhdəlik icra olunduğu halda hansı öhdəliyin ilik olaraq öənilməsini, ağırlığını və ya öhdəliyin müddətini. Odur ki, məhkəmə hesab edir ki, eksper rəylərində müəyyən edilmiş və azaldılmış əsas borcun məbləği məhkəmə tərəfindən qəbul edilməməli, lakin faiz borun məbləği isə cavabdehin artıq maliyyə sanksiyasına məruz qalmasının qarşısı alınması məqsədi ilə ekspertin müəyyən etdiyi faiz borcu nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə xx.xx.2021–ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Odur ki, xx.xx.2021–ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 18086.46 manat, 2776.87 manat faiz borcu borcu olmaqla, cəmi 20863,33 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 154 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 152 manat hissəsi cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Həmçinn məhkəmə ekspertlərə verilməli məbləğin tərəflərdən alınması məsələsinə hüquqi qiymət verərək hesab edir ki, ilkin təyin edlmiş məhkəmə mühasibatlıq ekspertizası məhkəmənin təşəbbüsü ilə edildiyi üçün xx.xx.2022-ci il tarixli 9/7927 nömrəli ekspertiza rəyi üzrə ekspertiza xərçi 100 manat tərəflər arasında bərabər qaydada tutulmalıdır. İş üzrə təyin edlmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsnin vəsatəti əsasında edldiyi üçün xx.xx.2023-cü il tariixli 9/976 nömrəli ekspertiza rəyi üzrə ekspertiza xərçi 100 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021–ci il tarixdə bağlanmış CC/19778/80/4 nömrəli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2021–ci il tarixli CC/19778/80/4 nömrəli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18086.46 manat, 2776.87 manat faiz borcu borcu olmaqla, cəmi 20863,33 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 152 manat hissəsi alınıb iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib qalan 2 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edlmiş məhkəmə mühasibatlıq ekspertizası məhkəmənin təşəbbüsü ilə edildiyi üçün xx.xx.2022-ci il tarixli 9/7927 nömrəli ekspertiza rəyi üzrə ekspertiza xərçi 100 manat tərəflər arasında bərabər qaydada bölünsün və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərcindən 50 manat Cavabdeh, 50 manat isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə təyin edlmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsnin vəsatəti əsasında edldiyi üçün xx.xx.2023-cü il tariixli 9/976 nömrəli ekspertiza rəyi üzrə ekspertiza xərçi 100 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin və 100 manat ekspertiza xərçi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar