Məhkəmə qərarları › İş №e-2(051)-813/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-813/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-813/2023 15.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə illik 26,84 faiz dərəcəsi ilə 13000 manat kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASCyə xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən 100.85 manat əsas, 33.11 manat faiz, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 3656.07 manat əsas, 1127.35 manat faiz borcu yaranmışdır. İddianın təmin olunması, xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən 100.85 manat əsas, 33.11 manat faiz, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 3656.07 manat əsas, 1127.35 manat faiz borcunun və dövlət rüsumu kimi ödənilmiş 69.17 manat pulun cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı «Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR1476420A156 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 26,84 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə xx.xx.2019-cu il tarixli kredit xətti sifarişi və **********01944156 №-li Kredit Kartına dair müqavilə əlavə edilmişdir. İşə əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə «Kapital Bank” ASC-dən 13000 manat məbləğində kredit almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə banka xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən 100.85 manat əsas, 33.11 manat faiz, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 3656.07 manat əsas, 1127.35 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən 100.85 manat əsas, 33.11 manat faiz, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 3656.07 manat əsas, 1127.35 manat faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 69.17 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən 100.85 (bir yüz manat səksən beş qəpik) manat əsas, 33.11 (otuz üç manat on bir qəpik) manat faiz, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən isə 3656.07 (üç min altı yüz əlli altı manat yeddi qəpik) manat əsas, 1127.35 (bir min bir yüz iyirmi yeddi manat otuz beş qəpik) manat faiz borcu və dövlət rüsumu kimi ödənilmiş 69.17 (altmış doqquz manat on yeddi qəpik) manat alınıb iddiaçı «Kapital Bank” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar