Məhkəmə qərarları › İş №e-2(051)-825/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-825/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-825/2022 21.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı «FİNCA AZERBAİJAN» MM QBKT-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı «FİNCA AZERBAİJAN» MM QBKT-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «FİNCA AZERBAİJAN» MM QBKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 07 noyabr 2019-cu il tarixli **********1962 nömrəli kredit müqaviləsi üzrə 3178.87 manat əsas kredit borcu, 63.88 manat faiz borcu olmaqla, cəmi 3242.75 manat məbləğində pulun və ödənilmiş 52,45 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(051)-825/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, bankla Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli **********1962 nömrəli, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemnli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit(Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən , Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3194.25 manat qalıq məbləği illik 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3194.25 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 3178.87 manat əsas kredit borcu, 63.88 manat faiz borcu olmaqla, cəmi 3242.75 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, həqiqətəndə 07 noyabr 2019-cu il tarixli **********1962 nömrəli, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemnli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınına əsasən , 3194.25 manat qalıq məbləği illik 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3194.25 manat məbləğində kredit vermişdir. Maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Maddi vəziyyəti düzələn kimi borcunu ödəyəcək. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «FİNCA AZERBAİJAN» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli **********1962 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3194.25 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, Cavabdeh xx.xx.2019-xx.xx.2020-ci il ərzində kredit borcu üzrə hər ay 2.75 manat, xx.xx.2020-xx.xx.2024-cü il ərzində kredit borcu üzrə hər ay 67.93 manat ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank cavabdehə illik 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3194.25 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun 3178.87 manat əsas kredit borcu, 63.88 manat faiz borcu olmaqla, cəmi 3242.75 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında 07 noyabr 2019-cu il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3194.25 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka xx.xx.2022-ci il tarixədək 3178.87 manat əsas kredit borcu, 63.88 manat faiz borcu olmaqla, cəmi 3242.75 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 07 noyabr 2019-cu il tarixli **********1962 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 3178.87 manat əsas kredit borcu, 63.88 manat faiz borcu olmaqla, cəmi 3242.75 manat məbləğində pul alınıb iddiaçı «FİNCA AZERBAİJAN» MM QBKT-nə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 07 noyabr 2019-cu il tarixli **********1962 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3178.87 (üç min yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat əsas kredit borcu, 63.88 (altmış üç manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 3242.75 (üç min iki yüz qırx iki manat yetmiş beş qəpik) manat məbləğində pul alınıb iddiaçı «FİNCA AZERBAİJAN» MM QBKT-nə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52.45 (əlli iki manat qırx beş qəpik) manat pul alınıb «FİNCA AZERBAİJAN» MM QBKT–ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar