Məhkəmə qərarları › İş №e-2(051)-842/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-842/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-842/2024 25.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 0034075AZN02815 saylı kredit müqaviləsinə əsasən 4,169.16 (dörd min bir yüz altmış doqquz manat on altı qəpik) manat əsas borc, 1,342.28 (bir min üç yüz qırx iki manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 1,074.56 (bir min yetmiş dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,586 (altı min beş yüz səksən altı) manat, 41010AZNFK********** saylı hesaba əsasən 138.80 (bir yüz otuz səkkiz manat səksən qəpik) manat əsas borc, 24.21 (iyirmi dörd manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 163.01 (bir yüz altmış üç manat bir qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-37615İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X11 çərçivəsində 0034075AZN02815 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2026-ci il tarixədək illik faiz dərəcəsi 24%, illik cərimə faizi 180% olmaqla, 4 500 (dörd min beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 457 və 487 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi: -0034075AZN02815 saylı kredit müqaviləsinə əsasən 4,169.16 (dörd min bir yüz altmış doqquz manat on altı qəpik) manat əsas borc, 1,342.28 (bir min üç yüz qırx iki manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 1,074.56 (bir min yetmiş dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,586 (altı min beş yüz səksən altı) manat, -41010AZNFK********** saylı hesaba əsasən 138.80 (bir yüz otuz səkkiz manat səksən qəpik) manat əsas borc, 24.21 (iyirmi dörd manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 163.01 (bir yüz altmış üç manat bir qəpik) manat təşkil edir. Gecikmə günü: 487 X10 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X6 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X10 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 88 (səksən səkkiz) manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmədən Cavabdeh 0034075AZN02815 saylı kredit müqaviləsinə əsasən 4,169.16 (dörd min bir yüz altmış doqquz manat on altı qəpik) manat əsas borc, 1,342.28 (bir min üç yüz qırx iki manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 1,074.56 (bir min yetmiş dörd manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,586 (altı min beş yüz səksən altı) manat, - 41010AZNFK********** saylı hesaba əsasən 138.80 (bir yüz otuz səkkiz manat səksən qəpik) manat əsas borc, 24.21 (iyirmi dörd manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 163.01 (bir yüz altmış üç manat bir qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Onlar ekspertiza rəyi ilə tanış olmuş, buna baxmayaraq öz iddialarını müdafiə edirlər. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bank xidmətlərinin göstərilməsinə dair X5n görünür ki, bu müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyəşirilməsi (kredit, kredit xətti və ya ovrdraft), ödəniş kartlarının verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Posting date – Description – Money in – Money out – Banalce olmaq üzərə: xx.xx.2022-xx.xx.2022 14:57:39 KAPİTAL Cash Withdrawal KAPS 1000,00 AZN-0-1000,00- -999,40; xx.xx.2022xx.xx.2022 08:41:55 PASHA BANK Purchase PMBM Azercell SimSim 3,00 AZN-0-3,00- - 1002,40; xx.xx.2022-xx.xx.2022 14:03:11 Purchase fee 2,02 AZN-0-2,02- -1004,42; xx.xx.2022-xx.xx.2022 14.03.11 PASHA BANK C2C Depozit PBMB-1011,00-0-6,58; xx.xx.2022-xx.xx.2022 19:31:16 KAPİTAL Cash Withdrawal KAPS 550,00 AZN-0-550,00- - 543,42; xx.xx.2022-xx.xx.2022 19:30:56 Purchase fee 1,10 AZN-0-1,10- -544,52; xx.xx.2022-xx.xx.2022 19:30:56 CBAR C2C Deposit P2P SEND – LEO APP 550,00- 550,00-0-5,48; xx.xx.2022-xx.xx.2022 20:34:22 PASHA BANK Purchase BAKCELL NEW 5,00 AZN-0-5,00-0,48; xx.xx.2022-CASHBACK PAYMENT 2-2,09-0-2,57; xx.xx.2022- İnterest liquidation-0-2,57-0,00; xx.xx.2022-xx.xx.2022 00:24:16 PASHA BANK Purchase BAKCELL NEW 2,00 AZN-0-2,00- -2,00; xx.xx.2022-may emekhaqqi-500,50-0-498,50; xx.xx.2022-İnterest liquidation-0-88,48-410,02; xx.xx.2022-Principal liquidation-0-54,45- 355,57; xx.xx.2022-xx.xx.2022 17:20:01 KAPİTAL Cash Withdrawal KAPS 498,00-0- 498,00- -142,43; xx.xx.2022-xx.xx.2022 14:18:29 Purchase fee 0,29 AZN-0-0,29- -142,72; xx.xx.2022-xx.xx.2022 14:18:29 CBAR C2C Deposit P2P SEND – LEO APP 143,00 AZN- 143,00-0-0,28; xx.xx.2022-Penalty interest liquidation-0-0,28-0,00; xx.xx.2022- CASHBACK PAYMENT 2-0,06-0-0,06; xx.xx.2022- Penalty interest liquidation-0-0,6-0,00; xx.xx.2022-xx.xx.2022 17:08:01 Purchase fee 0,20-0-0,20- -0,20; xx.xx.2022-xx.xx.2022 17:08:01 KAPİTAL C2C Deposit www.birbank.az 100,00 AZN-100,00-0-99,80; xx.xx.2022- Penalty interest liquidation-0-1,09-98,71; xx.xx.2022-xx.xx.2022 18:02:00 Purchase fee 0,20 AZN-0-0,20-98,51; xx.xx.2022-xx.xx.2022 19:28:25 KAPİTAL Cash Withdrawal KAPS 198,00 AZN-0-198,00- -99,49; xx.xx.2022-xx.xx.2022 18:02:00 KAPİTAL C2C Deposit www.birbank.az 100,00 AZN-100,00-0-0,51; xx.xx.2022-iyun emekhaqqi-500,50-0-501,01; xx.xx.2022-xx.xx.2022 22:39:17 KAPİTAL Cash Withdrawal KAPS 500,00 AZN-0-500,00- 1,01; xx.xx.2022 İnterest liquidation-0-1,01-0,00; xx.xx.2022-xx.xx.2022 10:53:48 Purchase fee 0,29-0- -0,29; xx.xx.2022-xx.xx.2022 11:00:42 Purchase fee 0,01-0- -0,30; xx.xx.2022-xx.xx.2022 10:53:48 CBAR C2C Deposit Unibank 143,00 AZN-143,00-0- 142,70; xx.xx.2022- xx.xx.2022 11:00:42 CBAR C2C Deposit Unibank 3,00 AZN-3,00-0- 145,70; xx.xx.2022-İnterestliquidarion-0-86,01-59,69; xx.xx.2022-Principal liquidation-0- 55,89-3,80; xx.xx.2022-Penalty liquidation-0-3,80-0,00; xx.xx.2022 xx.xx.2022 10:35:40 Purchase fee 0,01 AZN-0-0,01- -0,01; xx.xx.2022-xx.xx.2022 10:35:40 CBAR C2C Deposit Unibank 5,00 AZN-5,00-0-4,99; xx.xx.2022-Principal liquidation-0-2,59-2,40; xx.xx.2022-Penalty liquidation-0-0,07-2,33; xx.xx.2022-İnterest liquidation-0-2,33-0,00; xx.xx.2022-iyul emekhaqqi-500,50-0-500,50; xx.xx.2022-İnterest liquidation-0-80,66- 419,84; xx.xx.2022-Principal liquidation-0-62,51-357,33; xx.xx.2022-xx.xx.2022 16:04:03 Acquirer surchange 1,60 AZN-0-1,60-355,73; xx.xx.2022-xx.xx.2022 16:04:03 PASHA BANK Purchase PBMB C2C Other Cards2 160,00 AZN-0-160,00-195,73; xx.xx.2022xx.xx.2022 09:06:08 CBAR Purchase YDM 27 39,00 AZN-0-39,00-156,73; xx.xx.2022xx.xx.2022 13:01:54 KAPİTAL CASH Withdrawal KAPS 156,00 AZN-0-156,00-073; xx.xx.2022-İnterest liquidation-0-0,93-0,00; xx.xx.2022-avqust emekhaqqi-459,07-0- 459,07; xx.xx.2022-avqust SHH-300,22-0-759,29; xx.xx.2022-İnterest liquidation-0-83,67- 675,62; xx.xx.2022-Principal liquidation-0-60,90-614,72; xx.xx.2022-xx.xx.2022 22:47:30 PASHA BANK Purchase PBMB C2C Other Cards2 751,00 AZN-0-751,00- -136,28; xx.xx.2022-xx.xx.2022 22:47:30 Acquirer surcharge 7,51 AZN-0-7,51- -143,79; xx.xx.2022-xx.xx.2022 18:08:12 KAPİTAL C2C Deposit www.birbank.az 2,00 AZN-2,00-0- -138,80; xx.xx.2023-CLOSİNG BALANCE AZN-9627,03-9770,46- -138,80- məlumatlar qeyd olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli 0034075AZN02815 nömrəli Kredit müqaviləsinə Qoşma Ödəniş cədvəlindən görünür ki, Cavabdeh Səməndar oğlu 4500 manat məbləğində illik 24% ödəmək şərti ilə 48 ay müddətinə xx.xx.2022-ci il başlama xx.xx.2026-cı il bitmə tarixi olmaqla aylıq 145,50 manat son ay isə 145,16 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh Səməndər oğlunun hesabı: Opening balance 4,63 AZN, Money in 9627,03 Money out 9770,46 AZN, Closing balance -138,80 AZN-dir. İşdə olan xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, X1 xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliklər: -0034075AZN02815 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4169,16 manat əsas borc, 1342,28 manat faiz borcu, 1074,56 manat cərimə borcu olmaqla, cəmi 6586 manat təşkil edir, gecikmə: 457 gün; - 41010AZNFK********** saylı hesaba əsasən 138.80 (bir yüz otuz səkkiz manat səksən qəpik) manat əsas borc, 24.21 (iyirmi dörd manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 163.01 (bir yüz altmış üç manat bir qəpik) manat təşkil edir. Gecikmə günü: 487 gün. İşdə olan Fiziki şəxslərin maliyyələşdirilməsi üzrə Sifariş ərizəsinin surətindən görünür ki, Cavabdeh 4500 manat məbləğində krediti 48 ay müddətinə ödəniş etmək şərtilə ərizə vermişdir. İşdə olan Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, Cavabdeh 4500 manat məbləğində illik 24%, illik 180% cərimə faiz dərəcəsi ödəmək şərtilə ərizə vermiş və kredit üzrə icra öhdəliyinin icrasına ən geci 5 (beş) iş günü qalmış müştərinin əmək haqqı kartında vəsait olarsa, hebelə vəsait daxil olarsa, öhdəlik məbləği həddində vəsait avtomatik qaydada müştərinin əmək haqqı hesabından onun cari hesabına köçürülməsi və bütün digər hallarda kredit ödənilməsinin ödəniş cədvəlinə müvafiq həyata keçirilməsi üçün müştəri şəxsən özü cavabdehlik daşıyır. İşdə olan Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2022-ci il tarixli 1.1.5 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə razılıq ərizəsi №: GTC-37615İB/2022 görünür ki, o, Cavabdeh bu razılıq ərizəsinin imzalamaqla bank xidmətlərinin göstərilməsinə dair X6 bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.1.5 №-li versiyasını diqqətlə oxuduğunu, onun bütün şərtlərini, müştəriyə aid hüquq və və vəzifələri başa düşdüyünü təsdiq edir və bu şərtlərlə razı olduğunu bildirir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il bildirişin surətindən görünür ki, X3 əlavə 1-də qeyd edilən gecikdirilmiş öhdəliklərinin lazımınca icrasını həyata keçirmələri üçün onlara 7 (yeddi) iş günü müddətinə möhlət verilir. Əks təqdirdə gecikdirilmiş öhdəliyinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət ediləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 29 avqust 2024-cü il tarixli 9/4005 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə olan borcu 5.739,10 manat məbləğində kimi müəyyən edilir, o cümlədən əsas borc üzrə - 4.176,10 manat, faiz borcu üzrə - 1.563,00 manat. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-37615İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq cavabdeh iddiaçıya məxsus saytda yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri qəbul etmişdir. Sonradan tərəflər arasında X11 çərçivəsində 0034075AZN02815 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən cavabdehə xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 24% olmaqla, 4 500 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında 0034075AZN02815 saylı kredit müqaviləsinə əsasən 4,169.16 manat əsas borc, 1,342.28 manat faiz borcu, 1,074.56 manat cərimə borcu olmaqla, cəmi 6,586 manat məbləğində borcu və 41010AZNFK********** saylı hesaba əsasən 138.80 manat əsas borc, 24.21 manat cərimə borcu olmaqla, cəmi 163.01 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-37615İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri qəbul etmişdir. Sonradan tərəflər arasında X11 çərçivəsində 0034075AZN02815 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən cavabdehə xx.xx.2026-cı il tarixədək illik faiz dərəcəsi 24% olmaqla, 4 500 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin cavabdeh dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, borc məbləği ilə bağlı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29 avqust 2024-cü il tarixli 9/4005 saylı ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, o nəticəyə gəlir ki, həmin ekspert rəyində göstərilən məbləğlər iddia tələbində olan məbləği üstələdiyindən məhkəmə MPMnin 218.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə ekspert rəyi nəzərə alınmamalı və məhkəmə iddia tələbinə uyğun və həmin həddə qətnamə çıxarmalıdır. AR MPM-in 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, iş materialları ilə təsdiq edildiyi kimi 0034075AZN02815 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı banka 4169.16 manat əsas, 1342.28 manat faiz borcu olmaqla, cəmi 5511.44 manat borcu yaranmışdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 1074.56 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı 100 manat miqdarında saxlanılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, 0034075AZN02815 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 4169.16 manat əsas, 1342.28 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 5611.44 manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Bundan başqa 41010AZNFK********** saylı hesaba əsasən Cavabdeh 138.80 manat əsas, 24.21 manat cərimə borcu olmaqla, cəmi 163.01 manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin məbləğinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 77,75 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə– mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4169.16 (dörd min bir yüz altmış doqquz manat, on altı qəpik) manat əsas, 1342.28 (bir min üç yüz qırx iki manat, iyirmi səkkiz qəpik) manat faiz borcu, 100 (bir yüz) manat olmaqla, cəmi 5611.44 (beş min altı yüz on bir manat, qırx dörd qəpik) manat və 138.80 (bir yüz otuz səkkiz manat, səksən qəpik) manat əsas, 24.21 (iyirmi dörd manat, iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 163.01 (bir yüz altmış üç manat, bir qəpik) manat məbləğlərində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib hissəsi cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 77,75 (yetmiş yeddi manat, yetmiş beş qəpik) məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar