Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-866/2023 04.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FUN/84 №-li kredit müqaviləsinə əsasən cavabdehə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4535 (dörd min beş yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin1, Zamin2 və Zamin3 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər həmin müqavilələr üzrə üzərinə düşən öhtəlikləri yerinə yetirməmişdir. Məhkəmədən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FUN/84 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Zamin1, X2 və Zamin3 xx.xx.2019-cu il tarixli, MF-FUN/84 №-li kredit müqaviləsi üzrə cəmi 4649.39 (dörd min altı yüz qırx doqquz manat, otuz doqquz) manat, bundan 4533.80 ( dörd min beş yüz otuz üç manat, səksən qəpik) manat əsas, 115.52 (bir yüz on beş manat, əlli iki qəpik) manat faiz, 0.07 (yeddi qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 65.33 (altmış beş manat, otuz üç qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, e- 2(051)-866/2023 saylı iş üzrə Cavabdeh və digərlərinə qarşı iddia ərizəsinin və işə əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kiçik iddia ərizəsinin geri qaytarılmasına dair ərizəni, iş materiallarını tam, hər tərəfli obyektiv araşdıraraq müəyyən etdi ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kiçik iddia ərizəsinin geri qaytarılmasına dair ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-866/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-866/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver