Məhkəmə qərarları › İş №e-2(051)-871/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-871/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-871/2023 03.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 19114.56 manat məbləğində əsas borc və 1810.41 manat faiz borcu olmaqla, cəmi 20924.97 manat borcun və 153.20 manat məbləğində dövlər rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-ə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılanadək cavabdeh tərəf məhkəmə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq bildirdi ki, o e-2(051)-871/2023 saylı iş üzrə cavabdeh qismində iştirak etməyi üçün xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə Elza Cəbrayılzadənin hakimliyi ilə keçiriləcək məhkəmə iclasına dəvət olunmuşdur. O Tərtər rayonu qeydiyyatındadır və hazırda orda yaşayır.Ona görə də Mingəçevir şəhər məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını xahiş edir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 527 saylıarayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(051)-871/2023 saylı mülki iş aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar