Məhkəmə qərarları › İş №e-2(051)-877/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-877/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-877/2024 13.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 344.75 manat məbləğində əsas bоrc və 2.35 manat faiz borcu оlmaqla, cəmi 347.1 (üç yüz qırx yeddi manat on qəpik) manat, 600893-PC********** nömrəli müqavilə üzrə 436.2 manat əsas borc, 2.06 manat faiz borcu olmaqla, cəmi 438.26 (dörd yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat, hər iki müqavilə üzrə 785.36 manat və 30.4 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 09 iyun 2017-ci il tariхli, 600893-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 (beş yüz) manat olan kredit xəttiayrılmışdır və 23 avqust 2019 il tariхli, 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 21% dərəcəsi ilə 500.00 (Beş yüz(.00)) manat məbləğində krеdit vеrilmişdir. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh1 və Cavabdeh2 tanınmış və bu barədə xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh1 miras əmlak olan Mingəçevir şəh, M.ünvan 1 ünvanlı mənzildən 2/3 hissədə, Cavabdeh2 miras əmlak olan Mingəçevir şəh, M.Füzuli küç,ev 19/85, mən.30 ünvanlımənzildən 1/3 hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı X4 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 21 fevral 2024-cü il tarixə Borcalanın 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 344.75 manat məbləğində əsas bоrc və 2.35 manat faiz borcu оlmaqla, cəmi 347.1 (üç yüz qırx yeddi (.1)) manat, 600893-PC********** nömrəli müqavilə üzrə 436.2 manatəsas borc, 2.06 manat faiz borcu olmaqla, cəmi 438.26 (Dörd yüz otuzsəkkiz(.26)) manat, hər ikimüqavilə üzrə 785.36 manat məbləğində kredit bоrcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Hazırda cavabdehlərin 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 344.75 manat məbləğində əsas bоrc və 2.35 manat faiz borcu оlmaqla, cəmi 347.1 (üç yüz qırx yeddi manat on qəpik) manat, 600893-PC********** nömrəli müqavilə üzrə 436.2 manat əsas borc, 2.06 manat faiz borcu olmaqla, cəmi 438.26 (dörd yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat, hər iki müqavilə üzrə 785.36 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə onların iştirakı olmadan baxılıb tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış 23 avqust 2019 il tariхli, 600804-397648/3 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açmağı, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə krediti geri qaytarmağıöhdəsinə götürmüşdür. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış 23 avqust 2019 il tariхli, 600804-397648/3 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açmağı, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə krediti geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış 09 iyun 2017-ci il tarixli, 600893-PC********** nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə 500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə krediti geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2019-cu il tarixli, 600804-397648/3 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 344,75 manat əsas kredit borcu, 2,35 manat faiz borcu olmaqla, cəmi 347,10 manat məbləğində borcu yaranmışdır. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2017-ci il tarixli, 600893-PC********** nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 436.2 manat əsas borc, 2.06 manat faiz borcu olmaqla, cəmi 438.26 manat məbləğində borcu yaranmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 X1 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 İlqar qızı X1 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla X3 arasında bağlanmış 09 iyun 2017-ci il tariхli, 600893-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 500 (beş yüz) manat olan kredit xəttiayrılmışdır və 23 avqust 2019 il tariхli, 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 21% dərəcəsi ilə 500.00 (Beş yüz(.00)) manat məbləğində krеdit vеrilmişdir. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, iddiaçı cavabdehdən 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 344.75 manat məbləğində əsas bоrc və 2.35 manat faiz borcu оlmaqla, cəmi 347.1 (üç yüz qırx yeddi manat on qəpik) manat, 600893-PC********** nömrəli müqavilə üzrə 436.2 manat əsas borc, 2.06 manat faiz borcu olmaqla, cəmi 438.26 (dörd yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat, hər iki müqavilə üzrə 785.36 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Lakin hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kim qalmış mirası qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 isə X1 vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 344.75 manat məbləğində əsas bоrc və 2.35 manat faiz borcu оlmaqla, cəmi 347.1 (üç yüz qırx yeddi manat on qəpik) manat, 600893-PC********** nömrəli müqavilə üzrə 436.2 manat əsas borc, 2.06 manat faiz borcu olmaqla, cəmi 438.26 (dörd yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat, hər iki müqavilə üzrə 785.36 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600804-397648/3 nömrəli istehlak krеditi müqaviləsi üzrə 344.75 (üç yüz qırx dörd manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc və 2.35 (iki manat otuz beş qəpik) manat faiz borcu оlmaqla, cəmi 347.1 (üç yüz qırx yeddi manat on qəpik) manat, 600893-PC********** nömrəli müqavilə üzrə 436.2 (dörd yüz otuz altı manat iyirmi qəpik) manat əsas borc, 2.06 (iki manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 438.26 (dörd yüz otuz səkkiz manat iyirmi altı qəpik) manat, hər iki müqavilə üzrə 785.36 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30,40 (otuz manat qırx qəpik) manat pul alınıb «Expressbank” ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar